Azərbaycan Dövlət İnformasiya Agentliyi

X.R.MUSTAFAYEVİN “AZƏRBAYCAN BAYRAĞI” ORDENLƏRİNDƏN MƏHRUM EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

X.R.Mustafayevin ağır cinayətlər törətdiyinə görə məhkum edilməsi barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin təqdimatını əsas götürərək qərara alıram:

1. Xosrov Ramazan oğlu Mustafayev Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 1 yanvar tarixli 83 nömrəli və 1994-cü il 5 oktyabr tarixli 215 nömrəli Fərmanları ilə təltif olunduğu “Azərbaycan Bayrağı” ordenlərindən məhrum edilsin.

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 yanvar 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin