Yaddaşlarda yaşayan Xocalı
Bakı, 24 fevral, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Muzey Mərkəzinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Yaddaşlarda yaşayan Xocalı” adlı sərgi təşkil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 25-də Muzey Mərkəzinin sərgi qalereyasında açılacaq sərgidə Azərbaycan rəssamlarının Xocalı faciəsinə həsr olunmuş əsərləri nümayiş etdiriləcəkdir.
Sərgi-müsabiqə Xocalı faciəsi zamanı törədilmiş soyqırımı faktlarının təsviri və dekorativ sənət əsərləri vasitəsi ifadə edilməsi, zaman-zaman azərbaycanlıların başına gətirilən faciələrin, genosid faktlarının bədii təcəssümü, eyni zamanda, xalqımızın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə keçirilir.
Sərgidə 62 rəngkarın yetmiş bir, 23 qrafika rəssamının iyirmi səkkiz, 10 heykəltəraşın on iki, 10 dekorativ-tətbiqi sənət ustasının 12 əl işi nümayiş olunacaq.
Sərgi fevralın 27-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]