Yaddaşların Xocalı ağrısı
Bakı, 24 fevral, AZƏRTAC
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan “Yaddaşların Xocalı ağrısı” mövzusunda elmi-praktik konfrans keçirilib.
BPKİYİ-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları anım gününə həsr olunmuş fotosərgi ilə tanış olublar.
Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə BPKİYİ-nin rektoru, professor Asəf Zamanov çıxış edərək Xocalı soyqırımının xalqımıza və dövlətimizə, ümumilikdə bəşəriyyətə qarşı törədilən misli görünməmiş bir cinayət olduğunu söyləyib. Rektor zaman-zaman ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və deportasiya siyasətindən danışıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhəri ermənilər tərəfindən yerlə-yeksan edilib, günahsız əhali vəhşicəsinə qətlə yetirilib. Bir çox insanın taleyi hələ də məlum deyil.
Qeyd edilib ki, Xocalı faciəsinə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib.
Rektor dünyanın müxtəlif ölkələrində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işləri yüksək dəyərləndirib.
Tədbirdə “Xocalı şahidlərin gözü ilə”, “Xocalı soyqırımı tarixin yaddaşında”, “Xocalı harayı - gənclərin səsi” mövzularında məruzələr dinlənilib.
Sonda Xocalı faciəsinə həsr olunan sənədli film nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [19:24]