MƏDƏNİYYƏT
Yalova şəhərində Türkiyə-Azərbaycan dostluq gecəsi keçirilmişdir
Ankara, 30 iyun (AZƏRTAC). Yalova şəhərindəki Barış Manço Teatrında Türkiyə-Azərbaycan dostluq gecəsi keçirilmişdir.
Yalova bələdiyyəsi və Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin təşkil etdikləri gecədə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı və Yalova bələdiyyəsinin sədri Yakup Koçal çıxış edərək, qardaş ölkələrimiz arasında tarixi əlaqələr və dövlət başçılarımızın gərgin səyləri nəticəsində bu gün mövcud olan sıx əməkdaşlıqdan bəhs etmişlər.
Gecədə azərbaycanlı incəsənət ustaları Cavid Təbrizli və Tuna Güvenç, Qafqaz Mədəniyyət Dərnəyinin rəqs qrupu geniş konsert proqramı təqdim etmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:33]
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]