İQTİSADİYYAT
Yanvar-aprel aylarında istehlakçılara 8,8 faiz çox neft məhsulları göndərilmişdir
Bakı, 26 may (AZƏRTAC). Yanvar-aprel aylarında istehlakçılara ixrac da daxil olmaqla 2160,9 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz çox neft məhsulları göndərilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bunun 74,7 faizi daxili bazarın tələbatının ödənilməsinə yönəldilmiş, 25,3 faizi isə ixrac olunmuşdur. Neft məhsullarının 35,7 faizini dizel yanacağı, 19,5 faizini avtomobil benzini, 10,1 faizini aviasiya üçün ağ neft, 4,3 faizini neft bitumu, 4,1 faizini maye qaz, 3,4 faizini mazut yanacağı, 0,5 faizini sürtkü yağları, 22,4 faizini isə digər məhsullar təşkil etmişdir.
Ölkə istehlakçılarına 1613,2 min ton və yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz çox neft emalı məhsulları göndərilmişdir. Mazut yanacağı və sürtkü yağları istisna olmaqla neft məhsullarının göndərilməsi artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]