İQTİSADİYYAT
Yanvar-avqust aylarında əhalinin gəlirləri 5,1 faiz artıb
Bakı, 11 sentyabr (AZƏRTAC). Bu ilin yanvar-avqust aylarında əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 24 milyard manata çatıb və onun hər nəfərə düşən həcmi 2559,9 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu dövr ərzində gəlirlərin 70,2 faizi son istehlaka, 9,1 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan gəlir 21,8 milyard manat təşkil edib ki, bu da əvvəlki ildəkinə nisbətən 5,6 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]