İQTİSADİYYAT
Yanvar-fevral aylarında “Azneft” İstehsalat Birliyində neft-qaz hasilatı və təhvili üzrə yaxşı nəticələr əldə edilmişdir
Bakı, 6 aprel (AZƏRTAC). “Azneft” İstehsalat Birliyində (İB) yanvar-fevral aylarında neft-qaz hasilatı və təhvili üzrə yaxşı nəticələr əldə edilmişdir.
AZƏRTAC xəbər verir ki, ötən müddətdə İB-də plan üzrə 1 milyon 100 min 740 ton neftin hasilatı nəzərdə tutulduğu halda, faktiki olaraq 1 milyon 125 min 441 ton neft hasil olunmuşdur.
İlin ilk iki ayı ərzində İB-də plan üzrə 992510 min kubmetr mavi yanacağın hasil olunması nəzərdə tutulsa da, hasilat plandan çox - 1198185 min kubmetr olmuşdur.
Yanvar-fevral aylarında 539 quyuda texniki tədbir nəzərdə tutulsa da, 675 quyuda texniki tədbir görülmüş və nəticədə 6 min 957 ton əvəzinə 9 min 176 ton əlavə neft çıxarılmışdır.
Ötən müddətdə müəssisədə 127 quyuda geoloji tədbir görülmüşdür. Nəticədə 7 min 392 ton neft hasilatın planlaşdırıldığı halda, faktiki olaraq bu rəqəm 15 min 483 tona bərabər olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]