İQTİSADİYYAT
Yanvar-mayda 342,0 milyon manatlıq hazır metal məmulatı istehsal olunub
Bakı, 26 iyun, AZƏRTAC
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-may aylarında 342,0 milyon manatlıq məhsul istehsal olunub, hazır metal məmulatlarının istehsalı sahəsində 2,0 dəfə, metallurgiya sənayesində isə 18,4 faiz artım müşahidə edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin müddətdə sahə üzrə 128,2 min ton (41,0 faiz çox) armatur, 6 527,2 ton (4,3 dəfə çox) misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər, 278,1 ton (18,4 faiz çox) alüminium çubuqlar, millər və profillər, 980,5 ton (9,7 dəfə çox) mayelər üçün çənlər, sisternlər istehsal edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:04]
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO
- 08.05.2024 [18:53]
® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır
- 08.05.2024 [18:49]
EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib
- 08.05.2024 [18:00]