İQTİSADİYYAT
Yanvar-oktyabrda tütün və içki istehsalında artım olub
Bakı, 21 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında tütün məmulatlarının istehsalında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə, içki istehsalında isə 10,6 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu sahələrin əsas məhsullarından brendi (konyak) istehsalı 4,0 dəfə, üzüm şərabının istehsalı 39,8 faiz, alkoqolsuz içkilərin istehsalı 22,5 faiz, kolbasa məmulatlarının istehsalı 2,6 faiz, cem və marmeladların istehsalı 0,3 faiz artıb.
Bununla yanaşı, duru bitki yağlarının istehsalı 11,5 faiz, qənd və şəkər tozu istehsalı isə 16,6 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [15:43]
Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb
- 30.04.2024 [12:44]
Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib
- 30.04.2024 [11:16]
“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
- 30.04.2024 [10:57]