ELM VƏ TƏHSİL
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində növbəti müqavilə imzalanacaqdır
Bakı, 11 fevral (AZƏRTAC). Fevralın 12-də Göyçayda Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçiriləcək “Göyçay şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçiriləcəkdir.
Müqaviləni Yaponiya tərəfindən bu ölkənin Azərbaycandakı səfiri Şusuke Vatanabe və Azərbaycan tərəfindən “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev imzalayacaqlar.
Yaponiyanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, layihənin əsas məqsədi məktəbdə yeni sanitar qovşağı tikməklə 806 tələbə və 306 müəllim üçün gigiyenik şəraiti təkmilləşdirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]