SİYASƏT
YAPONİYA SƏFİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ ASTARADA OLMUŞLAR
Astara, 1 sentyabr (AZƏRTAC). Sentyabrın 1-də Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri və “Qadın dünyası” İctimai Birliyin rəhbəri Kifayət Niftəliyeva Astara rayonunda olmuşlar.
Qonaqlar Yaponiya hökumətinin maliyyə dəstəyi ilə 2002-ci ildə rayonun Ərçivan kəndindəki 3 nömrəli orta məktəbi üçün inşa edilən 280 yerlik ikimərtəbəli tədris korpusuna və 2006-cı ildə Artupa kənd orta məktəbi üçün tikilmiş 160 yerlik əlavə korpusa baxış keçirmişlər.
Yaponiyalı diplomatlar binaların vəziyyətindən razı qaldıqlarını bildirmişlər.