ELM VƏ TƏHSİL
Yaponiya və Dünya Bankının birgə təqaüd proqramına sənəd qəbulu aparılır
Bakı, 25 fevral, AZƏRTAC
Yaponiya və Dünya Bankı tərəfindən 2022-2023-cü tədris ili üçün Amerika, Avropa, Afrika, Okeaniya və Yaponiyanın 26 ali təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə istedadlı gənclərin magistratura səviyyəsində təhsili məqsədilə birgə həyata keçirilən təqaüd proqramına sənəd qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciət üçün son tarixlər fevralın 28-i (6 universitet üzrə) və mayın 27-dir (20 universitet üzrə).
Təqaüd proqramı barədə ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:01]
Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa
- 08.05.2024 [18:33]