DÜNYA
Yaponiyanın şimal-şərqində 7,3 bal gücündə zəlzələ baş vermişdir
Tokio, 7 dekabr (AZƏRTAC). Dekabrın 7-də yerli vaxtla saat 17.18 dəqiqədə Yaponiyanın Hönsü adasının şimal-şərqində, paytaxt Tokionun yaxınlığında 7,3 bal gücündə zəlzələ baş vermişdir.
Milli Meteorologiya İdarəsi sunami təhlükəsi elan etmişdir. Sahil zonasında olan vətəndaşlardan təcili olaraq həmin əraziləri tərk etmələri tələb edilmişdir.
İlkin məlumatlara görə, təxminən bir metr hündürlüyündə sunami Miyaqi prefekturasına doğru hərəkət edir. Milli Meteorologiya İdarəsindən bildirmişlər ki, dalğaların hündürlüyü arta bilər.
Dağıntılar və zərər çəkənlər barədə məlumat verilmir.
Zəlzələnin episentri Miyaqi prefekturasından bir neçə yüz kilometr şərqdə, ocağı 33 kilometr dərinlikdə yerləşmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]