SİYASƏT
YARDIMLIDA KONSTİTUSİYA GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, noyabrın 12-də Yardımlı Rayon İcra Hakimiyyətyində Konstitusiya gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Toplantıda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov çıxış edərək, 1995-ci il noyabrın 12-də ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycanın Əsas Qanununun milli dövlətçiliyimizin inkişafına, demokratik dəyərlərin bərqərar olmasına möhkəm hüquqi zəmin yaratdığını bildirmişdir.
Dəyirmi masada çıxış edənlər Konstitusiyanın Azərbaycanda milli dövlətin formalaşmasında, qanunvericilik bazasının yaradılmasında, ölkəmizin iqtisadi, siyasi və sosial sistemlərinin yeniləşməsində və hüquqi dövlətin formalaşmasındakı rolunu yüksək qiymətləndirmişlər.
Tədbirin sonunda Konstitusiya günü münasibətilə rayon məktəbliləri arasında keçirilən intellektual yarışın qaliblərinə diplomlar və hədiyyələr təqdim edilmişdir.