REGİONLAR
Yardımlıda payızlıq bitkilərin əkini başa çatmaq üzrədir
Yardımlı, 6 dekabr, İlkin Adıyev, AZƏRTAC
Yardımlı rayonunda 2023-cü ilin məhsulu üçün payızlıq bitkilərin səpini başa çatmaq üzrədir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dekabrın 1-nə olan məlumata görə, rayonda 3 min 668 hektar sahədə payızlıq bitkilər əkilib. Əkin aparılan sahənin 3 min 508 hektarını buğda, 160 hektarını isə arpa sahələri təşkil edir. Payızlıq əkin sahəsinin 174 hektarında əkin işləri kənd təsərrüfatıyönümlü müəssisələr tərəfindən yerinə yetirilib.
Buğda məhsulu üzrə ən çox səpin işləri rayonun Zevin (345 ha), Avaş (300 ha), Ərsilə (283 ha) və Aşağı Astanlı (240 ha) inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əhali təsərrüfatları tərəfindən həyata keçirilib.
Qeyd edək ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə Yardımlı rayonunda dən üçün payızlıq bitkilərin ümumi əkin sahəsi 23,5, o cümlədən buğda məhsulu üzrə əkin sahəsi 28,3 faiz artıb.