CƏMİYYƏT
“YAŞAT” Fondu şəhid ailələri və müharibə əlillərinə Novruz sovqatı çatdırıb
Bakı, 18 mart, AZƏRTAC
“YAŞAT” Fondu PAŞA Holding və “Bravo” marketlər şəbəkəsinin dəstəyi ilə şəhid ailələri və müharibə əlillərini Novruz bayramı münasibətilə təbrik edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin məqsədlə 6800-dək Novruz sovqatı qutusu hazırlanıb və ailələrə təhvil verilib.
Qutulara ərzaq məhsulları, bayram azuqələri yerləşdirilib.
Martın 8-dən etibarən 3300-dən çox şəhidin valideynləri, həyat yoldaşları və övladları nəzərə alınmaqla 4031 evə və 2700-dən çox müharibə əlilinə Novruz sovqatı çatdırılıb.
“YAŞAT" Fondu mütəmadi olaraq şəhidlərimizin ailə üzvlərinin və müharibə əlillərinin müraciətlərini operativ şəkildə qiymətləndirir və onların müxtəlif ehtiyaclarının qarşılanması üzrə işləri davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]