Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Şəhidlər Xiyabanında anma tədbiri keçirmişdir

Bakı, 19 yanvar (AZƏRTAC). Əllərində Azərbaycanın üçrəngli bayrağını tutmuş gənclər dəstə-dəstə müqəddəs məkana doğru irəliləyirlər. Cərgələri sıx-sıx, baxışları iti, görkəmləri vüqarlı olan bu gənclərin istiqamət və ünvanı birdir - Şəhidlər xiyabanı.

Ölməz şəhidlərimizin uyuduğu bu müqəddəs məkan həmişəki kimi yenə də səliqə-sahmanı ilə diqqəti cəlb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılmışdır. Xiyabanın girişində yarasından qan sızan şəhidlərimizin mübarizə simvolu kimi ağ və qırmızı tər qərənfillərdən hazırlanmış rəmzi məşəllər hər kəsi birliyə, mətinliyə, Vətəni, torpağı, milləti sevməyə səsləyir...

AZƏRTAC xəbər verir ki, yanvarın 19-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sıralarında olan gənclər Şəhidlər xiyabanında “Şəhidlər ölməz!!!” adlı anma tədbiri keçirmişdir.

Müstəqilliyimiz uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr edilmiş tədbirə 500-yaxın gənc qatılmışdır.

Sinələrinə 20 Yanvar şəhidlərinin fotoşəkillərini yapışdırmış gənclər xiyabanı ziyarət edərək “Əbədi məşəl” abidəsinin önündə qanlı faciə ilə bağlı Azərbaycan gənclərinin mövqeyini dünyaya bəyan etmişlər.

Tədbirdə iştirak edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov demişdir: “20 Yanvar Azərbaycan xalqının tarixində qanla yazılmış bir səhifədir. Lakin bu hadisəyə təkcə faciə kimi baxmaq düzgün olmazdı. Bu tarix həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyimizin oyanış günü idi. Bu, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. Müstəqilliyimiz və azadlığımız uğrunda canlarından keçənləri heç zaman unutmayacağıq. Yanvarın 20-də də gənclərimiz bugünkü kimi bu müqəddəs məkanı ziyarət edəcəklər”.

Xalq o günlərdə böyük bir gücün — həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin — qüdrətli liderin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar günündə xalqının səsinə hamıdan əvvəl səs verən də Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən Mixail Qorbaçovun ünvanına kəskin ittihamlar söylədi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda bu nəhəng imperiyanı və onun başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini nümayiş etdirdilər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.

20 Yanvar xalqımızın yaddaşında silinməz yaralar qoymuş bir gündür. Tarixən bir çox xalqlar, millətlər öz müstəqilliklərinə mübarizə, müharibə hesabına qovuşmuşlar. Lakin Azərbaycan xalqının başına gətirilən faciələrin miqyası çox böyükdür. Bir neçə gün ərzində 147 nəfər öldürüldü, yüzlərlə insan yaralandı. Buna baxmayaraq təskinliyimiz odur ki, müstəqilliyimizə qovuşduq. Qanlı faciədən 23 il keçməsinə baxmayaraq xalqımız bu hadisəni unutmur. Şəhidlərimizin xatirəsi əbədiləşdirilmişdir və onların uyuduğu məzarları ziyarət etmək hər birimiz üçün mənəvi borca çevrilmişdir. Artıq bir neçə gündür ki, faciəsinin növbəti ildönümü ilə əlaqədar ölkəmizin hər yerində silsilə tədbirlər keçirilməkdədir. Eyni zamanda, şəhidlərimizi ziyarət edən insanların da ardı - arası kəsilmir. Hər bir azərbaycanlı, Vətənini sevən insan bu gənclər kimi paytaxtın ən uca yerində yerləşən müqəddəs məkanı ziyarət etməyi özünə borc bilir.

“20 Yanvar azərbaycanlılar üçün həm kədər, həm də milli qürur günü hesab olunur. Azərbaycanın azadlığı uğrunda həyatlarını qurban verən qəhrəman oğul və qızlarımız təpədən dırnağadək silahlanmış sovet qoşunlarına sinə gərərək müstəqilliyimizi bərpa etmək yolunda şanlı tarix yazmışlar”. Bu fikirlər isə Şəhidlər xiyabanını ziyarətə gələrək igid Vətən övladlarının müqəddəs xatirəsini yad etməyi özünə borc bilən YAP Gənclər birliyinin Siyasi Şurasının üzvü Daşqın Qəmbərova məxsusdur. O, 20 Yanvar faciəsini iki istiqamətdə dəyərləndirmişdir: “Birincisi, bu, millətimizin qəhrəmanlıq səhifəsidir. Ona görə ki, əliyalın insanlar həyatlarından keçərək Azərbaycanın azadlığı uğurunda vuruşmuşlar. Digər tərəfdən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun xalqımıza qarşı törətdiyi qətliamdır. Tarixə nəzər salsaq, görərik ki, xalqımızın başına gətirilən müsibətlər Azərbaycanda hakimiyyətin zəif olduğu vaxtlarda baş vermişdir. Bu gün də Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələr müxtəlif təxribat üsulları ilə ölkəmizdə sabitliyi pozmaq istəyirlər. Onların arzularını gözlərində qoymaq üçün, bir daha belə ağır faciəni yaşamamaq üçün biz gənclər Azərbaycan hakimiyyətinin ətrafında birləşməliyik.”

Xiyaban təkcə qəhrəmanlıq deyil, həm də bir sevgi məzarlığıdır. Burada elə bir insan tapmaq olmaz ki, İlham və Fərizə faciəsinə acımasın. YAP Gənclər Birliyi Siyasi Şurasının üzvü Qabil Qafarov deyir: “23 ildir ki, hər dəfə bu günü xatırlayanda gözümüzün önündə mütləq iki qəhrəman canlanır - İlham və Fərizə! Bu cütlüyün məzarları üzərindəki foto da hər birimizin yaddaşına həkk olunmuşdur. Onlar milli azadlıq hərəkatının simvollarına çevrilmişlər. İlham və Fərizənin faciəsi millətin böyüklüyündən xəbər verir, onun ucalığını sübut edir. 20 Yanvar tarixi Vətən uğrunda şəhid olmağın, eşq uğrunda cana qıymağın tarixidir”.

Şəhidlərin məzarı önünə tər qərənfillər düzən gənclərin bir çoxunun bu gün heç 23 yaşı yoxdur. Bu, bir daha sübut edir ki, illər ötsə də, nəsillər dəyişsə də Şəhidlər xiyabanı bir müqəddəs and yeri kimi Azərbaycan xalqının tarixində qalacaq və hər zaman ziyarət olunacaqdır.

Şəhidlərimizə bir daha rəhmət diləyir, onların müqəddəs xatirəsi qarşısında baş əyirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Bu ilədək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub