DÜNYA
Yeni il gecəsi Dubayda 6 dəqiqə ərzində səmaya 400 min fişəng atılacaqdır
Bakı, 31 dekabr (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayın hakimiyyət orqanları yeni il gecəsi 6 dəqiqə ərzində 400 min fişəng atmaqla, atəşfəşanlığın miqyasına görə Ginnesin rekordlar kitabına düşmək niyyətindədirlər. Bu haqda “Əl-Ərəbiyyə” telekanalı məlumat yaymışdır.
AZƏRTAC İnterfaks agentliyinə istinadla xəbər verir ki, fişənglər eyni vaxtda 400 meydançadan atılacaq, xüsusi effektlərlə və musiqi ilə sinxronlaşdırılacaqdır. Tədbirin təşkilatçıları fişənglər vasitəsilə səmada qartal fiquru yaratmağı və günəşin doğmasını əks etdirməyi planlaşdırırlar.
Bundan əlavə, Dubay pirotexnikanın köməyi ilə milli bayrağın ən böyük əksini yaratmaqla, bu sahədəki rekordu da təzələyə bilər. Belə ki, yeni il gecəsi şəhər üzərində 30 min kvadratmetr sahədə Birləşmiş Ərəb Əmirliklərinin milli bayrağı bərq vuracaqdır.
Telekanalın məlumatına görə, pirotexnika üzrə 200-dən çox mütəxəssis tərəfindən hazırlanan şou şəhərin Cumeyra rayonunda nümayiş olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]