Yerə tərəf iki təhlükəli asteroid uçur
Bakı, 26 may, AZƏRTAC
İki böyük asteroid mayın 27-də və iyunun 1-də Yer kürəsinə kifayət qədər yaxın məsafədən keçəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Yerətrafı Obyektlərin Tədqiqi Mərkəzinin (CNEOS) mətbuat xidməti məlumat yayıb.
Alimlərin hesablamalarına əsasən, Nyu-Yorkdakı Azadlıq heykəli böyüklüyündə olan 2021 JF1 adlı birinci kosmik obyektin diametri 94 metrdən 210 metrə qədərdir. O, saniyədə 17 kilometr sürətlə hərəkət edir və planetimizin yanından mayın 27-də ötəcək.
Diametri 150-350 metr təşkil edən (Parisdəki Eyfel qülləsi böyüklükdə) ikinci obyekt - 2021 КТ1 astroidi saniyədə 18 kilometr sürətlə uçur və o, iyunun 1-də Yerdən 13 milyon kilometr aralı keçəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]