Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

YERLİ DEMOKRATİYA HƏFTƏSİ BƏLƏDİYYƏLƏRLƏ VƏTƏNDAŞLARIN ƏLAQƏLƏRİNİN İNKİŞAFINA VƏ PROBLEMLƏRİN HƏLLİNƏ KÖMƏK GÖSTƏRƏCƏKDİR

AZƏRTAC xəbər verir ki, noyabrın 3-də Muzey Mərkəzində Prezidentin İcra Aparatı regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin, Azərbaycan Şəhər və Qəsəbə Bələdiyyələri Milli Assosiasiyalarının təşkilatçılığı ilə yerli demokratiya həftəsinə hazırlıqla əlaqədar Bakı, Gəncə, Mingəçevir, Şirvan və Naftalan şəhərinin və qəsəbələrin bələdiyyə sədrlərinin müşavirəsi keçirilmişdir.

Müşavirədə Prezidentin İcra Aparatı regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov, baş məsləhətçi Rüfət Əliyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev, Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri İlham Xəlilov, Kənd bələdiyyələri Milli Assosiasiyasının sədri Şəmistan Yusifov, Naxçıvan MR şəhər, qəsəbə və kənd bələdiyyələri assosiasiyalarının və 61 şəhər və qəsəbə bələdiyyəsinin sədrləri iştirak etmişlər.

Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev bildirmişdir ki, Azərbaycan xalqı bu yaxınlarda mühüm əhəmiyyətli siyasi hadisənin şahidi olmuş, növbəti prezident seçkiləri keçirilmişdir. Həmin gün xalqımız öz dövlət başçısına olan sonsuz sədaqətini nümayiş etdirərək Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş partiyanın sədri İlham Əliyevi son 5 ildəki əməli fəaliyyətinə görə yenidən özünün Prezidenti seçmişdir. Bu o deməkdir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi-iqtisadi inkişaf xətti davamlı olaraq həyata keçiriləcək, Prezident İlham Əliyevin böyük əzmkarlıqla reallaşdırdığı genişmiqyaslı islahatlar davam etdiriləcək, demokratik dəyərlər daha da möhkəmlənəcəkdir.

Ə.Babayev qeyd etmişdir ki, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi demokratik və hüquqi dövlət quruculuğu siyasəti nəticəsində Azərbaycanda yerli özünüidarəetmə sistemi getdikcə daha çox demokratik əsaslara yiyələnməkdədir. 2007-ci il noyabrın 5-dən 11-dək Azərbaycan bələdiyyələrinin ilk dəfə olaraq Avropa Şurasının təşəbbüsünə qoşularaq yerli demokratiya həftəsində fəal iştiak etdiyini xatırladan AŞBMA-nın sədri, həmin vaxt keçirilmiş 5 min görüşdə 350 min vətəndaşın iştirak etdiyini vurğulamışdır. Həmin görüşlərdə bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə dair 18 min təklif irəli sürülmüşdür. Ölkə rəhbərliyinin xüsusi önəm verdiyi yerli demokratiya həftəsinin nəticələri Avropa qurumları tərəfindən Valensiya bəyannaməsində yüksək qiymətləndirilmişdir. Eyni zamanda, həftənin nəticələri iyunun 25-də keçirilmiş bələdiyyə sədrlərinin II Ümumrespublika Toplantısında müzakirə olunmuş və bu tədbirin hər il təşkili barədə qərar qəbul edilmişdir.

Qeyd edilmişdir ki, Prezidentin İcra Aparatı regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin dəstəyi, yerli icra hakimiyyəti orqanlarının və Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin iştirakı ilə bu il noyabrın 17-dən 23-dək keçiriləcək həftənin məqsədi yerli demokratiyanın inkişafında vətəndaşların fəallığının və hüquqi biliklərinin artırılmasıdır.

Müşavirədə məruzə ilə çıxış edən Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri İlham Xəlilov demişdir ki, növbəti demokratiya həftəsi bələdiyyələrin inkişafında, vətəndaşlar arasında nüfuzunun möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edəcəkdir. Həftə ərzində keçiriləcək tədbirlərdə vətəndaşların fəal iştirakı təmin olunmalı, bələdiyyələrin fəaliyyətində demokratik prinsiplərin gücləndirilməsinə üstünlük verilməlidir. Həftənin keçirilməsi ilə bələdiyyələr öz işlərini bitmiş hesab etməməli, bu məsələni daimi fəaliyyət proqramına çevirməlidirlər.

Azərbaycanda yerli demokratiya həftəsi ilə əlaqədar bələdiyyələr tərəfindən planlaşdırılan tədbirlərə dair tövsiyələr barədə məlumat verən İ.Xəlilov bildirmişdir ki, həftənin 2 mərhələdə həyata keçirilməsi planlaşdırılır. Birinci mərhələ hazırlıq tədbirlərini, ikinci mərhələ isə görüləcək işləri və yekun mərhələni əhatə edəcəkdir. Təklif olunan tövsiyələrdə “Seçicilərimizi eşidək” adı altında vətəndaşlarla görüşlərin təşkili, irəli sürülən təkliflərin qeydiyyatının aparılması, qaldırılan problemlərin həlli üçün müvafiq tədbirlərin görülməsi, “qaynar telefon xətləri”nin yaradılması, “bələdiyyə poçtu” qutularının quraşdırılması, fəaliyyətin nəticələrini əks etdirən lövhənin hazırlanması və digər məsələlər öz əksini tapmışdır. Bələdiyyələrin mövcud internet saytında “Bələdiyyəyə sözüm var“ pəncərəsinin açılması və bu yolla vətəndaşların müraciətlərinin qəbulu və cavablandırılması da tövsiyə olunmuşdur.

Müşavirədə Naxçıvan bələdiyyəsinin sədri Kamal Ələkbərov, Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Binəqədi bələdiyyəsinin sədri Natiq Məmmədov, Pirşağı bələdiyyəsinin sədri İlham Cəfərov, Şirvan bələdiyyəsinin sədri Əfsəlağa Babayev, Mingəçevir bələdiyyəsinin sədri Cavanşir Yusubov, Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Faiq Əhmədov və başqaları çıxış edərək, son illər Azərbaycanda demokratik ənənələrin təşəkkülü, yerli özünüidarəetmənin inkişafı sahəsində atılan uğurlu addımlar, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının müvəffəqiyyətli icrası nəticəsində yerlərdə əhalinin sosial rifah halının yaxşılaşması, bələdiyyələrin yerli infrastrukturun inkişafında rolu və görülmüş işlər barədə məlumat vermişlər. Bildirilmişdir ki, respublikanın şəhər və qəsəbə bələdiyyələri Azərbaycanda yerli demokratiya həftəsinin 2008-ci ildə də keçirilməsi ilə əlaqədar təklifi dəstəkləyirlər və nəzərdə tutulan tədbirlər uğurla həyata keçiriləcəkdir.

Müşavirədə Prezidentin İcra Aparatı regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Ramiq Həşimov çıxış edərək bildirmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, demokratik dəyərlərin təşəkkülü istiqamətində uğurlu addımlar atılır.

Gələn il bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladan R.Həşimov qeyd etmişdir ki, yerli özünüidarəetmə orqanları bütün qüvvələrini, imkanlarını səfərbər edərək vətəndaşların etimadını təkrar qazanmaq üçün əzmlə çalışmalıdırlar. 2006-cı ilin sonlarında bələdiyyələrin milli assosiasiyalarının yaradılmasının yerli özünüidarəetmədə canlanmaya səbəb olduğunu vurğulayan R.Həşimov bu assosiasiyalar tərəfindən bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi və qarşıya çıxan problemlərin həllinə birlikdə nail olmaq məqsədi ilə konkret tədbirlərin hazırlanıb həyata keçirildiyini demişdir. 2008-ci il iyunun 25-də bələdiyyə sədrlərinin II Ümumrespublika toplantısının keçirildiyi, burada yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, mövcud problemlərin həlli yollarının müəyyən edilməsi məsələlərinin müzakirə edildiyi xatırlanmışdır.

Sektor müdiri təəssüf hissi ilə qeyd etmişdir ki, bəzi hallarda vətəndaşların yerli özünüidarəetməyə cəlb olunması prosesi zəif gedir, bəzi bələdiyyə sədrləri və üzvləri hələ də vətəndaşlarla birbaşa ünsiyyətdən yayınırlar. Həftənin təşkilindən məqsəd məhz bələdiyyələrinin xalqla birbaşa təmasa cəlb edilməsidir. Həftə ərzində tövsiyə edilən tədbirlərin lazımi səviyyədə təşkili vətəndaşların bələdiyyələrə inamını, onların işində fəallığını artıracaqdır.

Noyabrın 17-dən 23-dək keçiriləcək həftənin hər bir vətəndaş tərəfindən hiss olunmasının, tədbirlər zamanı müasir texnologiyaların imkanlarından maksimum istifadə edilməsinin vacibliyi xüsusi vurğulanmışdır.

Bildirilmişdir ki, irəli sürülmüş tövsiyələr mütləq icra edilməli, yeni təşəbbüslərlə zənginləşdirilməlidir. Vətəndaşların keçiriləcək tədbirlərə kütləvi şəkildə cəlb edilməsi bələdiyyələrin fəaliyyətində demokratiyanı genişləndirməli və bu, daimi xarakter almalıdır.

Müşavirənin işinə yekun vuran Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev aparılan müzakirələrin həftə ilə bağlı qarşıda duran vəzifələrin həllində müsbət rol oynayacağına əmin olduğunu bildirmişdir. Tədbir iştirakçılarına həftə ərzində istifadə olunacaq təşviqat materialları, o cümlədən həftənin rəmzini əks etdirən plakatlar və cib təqvimləri paylanmışdır.

Noyabrın 4-dən 13-dək respublikanın 51 rayonunda bələdiyyə sədrlərinin müşavirələri davam edəcək, burada yerli icra hakimiyyət orqanlarının iştirakı ilə həftənin daha fəal keçirilməsi yolları müzakirə olunacaqdır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir