REGİONLAR
Yevlaxda 2260,8 hektar sahədə yazlıq səpin həyata keçirilib
Yevlax, 13 aprel, AZƏRTAC
Yevlax rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək 2260,8 hektar sahədə yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin 42,5 hektarı qarğıdalı, 457,5 hektarı günəbaxan, 1251 hektarı təzə yonca, 209,8 hektarı kartof, 147,5 hektarı tərəvəz, 20 hektarı noxud, 8,5 hektarı lobya, 26 hektarı çuğundur, 98 hektarı bostan bitkiləridir.
Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir. Pambıqçılıqla məşğul olan fermerlər çiyid səpininə hazırlaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]