REGİONLAR
Yevlaxda məhsul yığımı uğurla aparılır
Yevlax, 24 sentyabr, AZƏRTAC
Yevlax rayonunda torpaq mülkiyyətçiləri bu il 9316 hektarda yazlıq əkin həyata keçiriblər. Bunun 180 hektarı dən üçün qarğıdalı, 6845 hektarı təzə yonca, 295 hektarı dən üçün günəbaxan, 232 hektarı kartof, 530 hektarı tərəvəz, 958 hektarı pambıq, 276 hektarı bostan bitkiləridir.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, kəndli fermerlər kartof, qarğıdalı, günəbaxan və bostan bitkilərinin yığımını başa çatdırıblar. Sahələrdən 919 ton qarğıdalı, 885 ton günəbaxan, 2274 ton kartof, 3040 ton bostan məhsulları əldə edilib. Hər hektarın məhsuldarlığı qarğıdalı üzrə 51,1 sentner, günəbaxan üzrə 30 sentner, kartof üzrə 98 sentner, bostan məhsulları üzrə 110,1 sentnerdir. Bundan başqa, bu günədək 5863 ton tərəvəz, 8741 ton meyvə, 738 ton üzüm və 371 ton pambıq yığılıb.
Hazırda fermerlər pambıq, tərəvəz, meyvə və üzüm yığımını davam etdirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]