REGİONLAR
Yevlaxda şagirdlər narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
Yevlax, 11 fevral, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Yuxarı Qarxun kənd tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb, “ağ ölüm”ün qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının çox çətin olduğunu vurğulayıb. Narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə olduğunu və narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizə tədbirlərindən danışıb. Bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici görüşlərin də əhəmiyyətini xüsusi olaraq qeyd edib.
Sonda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx göstərilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]