“YOL HƏRƏKƏTİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 564; 2001-ci il, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002-ci il, № 1, maddə 9, № 8, maddə 463; 2003-cü il, № 8, maddə 424; 2004-cü il, № 2, maddə 57, № 11, maddə 901; 2005-ci il, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006-cı il, № 12, maddə 1027; 2007-ci il, № 6, maddə 560; Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli 430-IIIQD nömrəli, 6 noyabr tarixli 481-IIIQD nömrəli və 2008-ci il 1 fevral tarixli 543-IIIQD nömrəli qanunları) 27-ci maddəsinin 2-ci hissəsinin 3-cü və 4-cü bəndləri aşağıdakı redaksiyada verilsin:
“3) traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
4) hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinin, həmçinin bu maddənin ikinci hissəsinin 3-cü bəndində göstərilən nəqliyyat vasitələri istisna olmaqla mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyun 2008-ci il.