“YOL HƏRƏKƏTİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 564; 2001-ci il, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002-ci il, № 1, maddə 9, № 8, maddə 463; 2003-cü il, № 8, maddə 424; 2004-cü il, № 2, maddə 57, № 11, maddə 901; 2005-ci il, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993) aşağıdakı dəyişikliklər edilsin:
1. 23-cü maddənin II hissəsindən “həmçinin”, “onların qeydiyyatı” və “sürücülərin hazırlanması və ixtisaslarının artırılması üzrə kurs imtahanlarının qəbulu” sözləri çıxarılsın;
2. 27-ci maddənin VIII hissəsinin birinci cümləsində “əlavə haqq” sözləri “rüsum” sözü ilə, ikinci cümləsində “Əlavə xidmət haqqının” sözləri isə “Rüsumun” sözü ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2006-cı il.