Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yolunuz açıq olsun!

Naxçıvan, 29 aprel, AZƏRTAC

El arasında “Yolun açıq olsun!” sözlərini, adətən, kimsə harasa gedəndə deyirlər. Ancaq bu sözün həm də müxtəlif məna çalarları var. Yol barədə bir sıra aforizmlər bunun ən gözəl nümunəsidir. Məsələn, “Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir” (Balzak), “Əgər getdiyiniz yolda çətinlik və maneələr yoxdursa, bilin ki, o yol sizi heç yerə çatdırmaz” (Bernard Şou), “Allahı sevməyin yolu onun yaratdıqlarını sevməkdən keçir” (Əbu Turxan), “Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil” (Konfutsi) və sair...

Naxçıvan mediası inkişaf yolundadır

Bu yollar içərisində bir yol da var: İNKİŞAF YOLU. Bu gün Naxçıvan Muxtar Respublikasının mediası da göstərilən diqqət və qayğı sayəsində məhz bu yolla irəliləyir. Həqiqətən də, ötən müddət ərzində mediamız böyük inkişaf yolu keçib. 101 il bundan əvvəl - 1921-ci ildə muxtar respublikanın mərkəzi mətbuat orqanı olan “Şərq qapısı” qəzeti, 90 il bundan əvvəl - 1932-ci ildə Radio Verilişləri Komitəsi, 1963-cü ildə Naxçıvan televiziyası, 2001-ci ildə “Naxçıvanın səsi” radiosu, 2004-cü ildə “Kanal 35” televiziyası, 2018-ci ildə isə “Nuhçıxan” İnformasiya Agentliyi yaradılıb və bu gün onlar ölkəmizin media məkanında özünəməxsus yerə malikdirlər. Bütün bunlar həm də muxtariyyətin bəhrələridir. Çünki muxtariyyət olmasaydı, Naxçıvanda media orqanlarının yaradılması və inkişafı üçün lazımi şərait də olmayacaqdı...

Hər bir media orqanı müxtəlif illərdə, müxtəlif günlərdə yola çıxsa da, onların amalı, məqsədi birdir: Naxçıvanın ictimai-siyasi və iqtisadi həyatı, həmçinin elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələri barədə dəqiq və operativ informasiyaları ictimaiyyətə çatdırmaq, zəngin və çoxçalarlı yazılı salnamə və videoarxiv yaratmaqdır. Fəaliyyətin əsasında isə vicdanlılıq, qərəzsizlik, obyektivlik, peşəkarlıq prinsipləri dayanır. Bu yolda inamla addımlayan media orqanları arasında “Kanal 35” televiziyasının və “Naxçıvanın səsi” radiosunun da özünəməxsus yeri var.

Təhsilə göstərilən diqqət həm bu günümüzə, həm də gələcəyimizə göstərilən diqqətdir

Bu arada, qeyd etmək istərdim ki, təhsilə göstərilən diqqət həm bu günümüzə, həm də gələcəyimizə göstərilən diqqətdir. Təhsil elə strateji bir sahədir ki, bununla, bütövlükdə, milli yüksəlişə nail olmaq mümkündür. Bu, faktdır ki, müasir dövrümüzdə təhsildə yalnız müasir texnologiyalara əsaslandıqda, informasiya resurslarından səmərəli istifadə olunduqda yüksək səviyyəli gənc kadrların yetişməsi mümkündür. Məhz bütün bunlar uzaqgörənliklə diqqətdə saxlanılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. 2021-ci il yanvarın 1-dən “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu muxtar respublikadakı təhsil yenilikləri ilə bağlı televiziya və radio proqramları hazırlayıb efirə təqdim edir.

“Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu yeni-yeni uğurlara imza atır

Televiziya ötən müddətdə fəaliyyət istiqamətini müvafiq qanunvericiliyin tələblərinə uyğun qurub, öz yayım profilini təhsil və tədrisyönümlü yaradıcılıq üzərində kökləyib. Muxtar respublikada təhsil yenilikləri, həyata keçirilən təhsil islahatları və təhsil quruculuğu televiziyanın əsas yaradıcılıq bazasını təşkil edib. Bu mənada, televiziya efirində yayımlanan “Təhsil quruculuğu”, “Təhsilə dair”, “Mütaliə vaxtı” verilişləri muxtar respublikanın təhsil ictimaiyyətinin, şagird və tələbə kontingentinin marağını əks etdirməyi bacarıb, daim izlənilən verilişlər sırasında yer alıb. Televiziyanın təhsil profilli digər maraqlı layihəsi “Uğur yolu” telelayihəsidir. Verilişdə muxtar respublikanın təhsil müəssisələrində bilik və istedadı ilə fərqlənən şagirdlərin idman və təhsil sahəsində qazandıqları uğurlar tamaşaçıların diqqətinə çatdırılmaqdadır. “Kanal 35” televiziyasının ölkə teleməkanında həyata keçirdiyi yeniliklərdən biri isə açıq və interaktiv dərslərin yayımını həyata keçirməkdir. Bu mənada, “Açıq dərs” və “İnteraktiv dərs” verilişlərinin adını qeyd etmək lazımdır.

Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra “Naxçıvanın səsi” radiosu da öz işini təhsilyönümlü qurmağa nail olub, yeni-yeni layihələrlə dinləyicilərin diqqət və marağını çəkməyi bacarıb. Təhsilyönümlü proqramlar içərisində “Məktəb illəri”, “Salam Naxçıvan”, “Hər şey bizdə”, “Şənbə söhbətləri” və adını çəkmədiyimiz digər radioverilişlər dinləyici kütləsi qazanmağa nail olub.

Ölkənin ilk təhsil televiziyası olan “Kanal 35” televiziyasının və “Naxçıvanın səsi” radiosunun fəaliyyətində böyük yenilik yaradacaq, ekran vizuallığını daha da artıracaq və təhsil ictimaiyyətinin maraqlarını əks etdirəcək mühüm hadisələr gerçəkləşib. Bunlardan biri müasir üslubda dizayn edilən yeni efir studiyasının təqdim edilməsi, digəri isə yeni saytın fəaliyyətə başlamasıdır. Öncə onu qeyd edim ki, yeni studiya öz müasir üslublu görkəmi ilə burada müxtəlif mövzulu studiya verilişlərinin hazırlanmasına imkan verəcəkdir. Belə ki, “Sağlam həyat”, “Təhsilə dair” kimi şəbəkə verilişlərinin artıq yeni studiyada təqdim edilməsi televiziyanın vizuallığına müsbət təsir göstərib. Ötən zamanlarda televiziya əməkdaşları veriliş çəkilişlərini virtual studiya, yaxud müxtəlif ünvanlarda həyata keçirirdilərsə, artıq yeni studiya sayəsində bütün bu çətinliklər geridə qalacaq, studiya sistemli maarifçilik işinin aparılmasına mühüm töhfə verəcəkdir.

Qısa zaman çərçivəsində öz yaradıcı fəaliyyətində, müsbət mənada, ciddi dönüş yaradan kollektiv sosial şəbəkə platformalarında da aktivliyini qoruyub, hazırlanmış veriliş və proqramlar müxtəlif sosial şəbəkə platformalarında, o cümlədən “sosial şəbəkə nəhəngi” adlandırılan yutubda yerləşdirilib. Bu da televiziya tamaşaçılarının izləyə bilmədiyi mühüm materialları qismən izləməyə imkan verir, radionun daha sosial şəbəkə istifadəçiləri tərəfindən dinlənilməsinə şərait yaradırdı.

İstifadəyə verilən yeni sayt televiziya və radio üçün daha geniş imkanlar açır

İstifadəyə verilən yeni sayt isə televiziya və radio üçün daha geniş imkanlar açır. Belə ki, saytın fəaliyyətə başlaması təhsil ictimaiyyətini və ümumtəhsil məktəblərində təhsil alan şagirdləri maarifçilik işinə, sağlam böyümə amalına, vətənpərvərlik hissinə, tariximizə və milli-mənəvi dəyərlərimizə daha yaxın etdi. Ümidvarıq ki, yaradılan bu şərait əməkdaşların üzərindəki məsuliyyəti daha da artıracaq, proqram siyasətində sistemli işin aparılması diqqət mərkəzində saxlanılacaq və televiziya yeni layihələrlə, təhsilyönümlü proqramlarla tamaşaçıların, dinləyicilərin daha çox rəğbətini qazanacaqdır.

Saytın fəaliyyətə başlamasının digər bir mühüm ictimai təsiri ondan ibarət olacaq ki, onun vasitəsilə muxtar respublikanın təhsil sahəsindəki yüksək potensialı, bu sahədə yaradılmış mükəmməl infrastruktur, təhsildə əldə edilmiş yeniliklər daha geniş kütləyə çatdırılacaq. Həmçinin ölkəmizin digər bölgələrində yaşayan şagird və müəllimlər də sayt vasitəsilə “Kanal 35” televiziyasını izləyə, “Naxçıvanın səsi” radiosunu isə dinləyə biləcəklər. Yəni bu o deməkdir ki, hər iki əhəmiyyətli informasiya resursu artıq ölkə miqyasında da təhsilin inkişafına töhfə vermək qüdrətinə qovuşur.

Təbii ki, bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikanın kütləvi informasiya vasitələrinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsində mümkün olub. Biz bunun növbəti nümunəsini təhsil televiziyası və radiosunun internet saytının və müasir studiyasının internet saytının yaradılmasında görürük. Muxtar respublikamızın mediasının inkişafına göstərdiyi qayğıya görə biz media nümayəndələri Ali Məclisinin Sədrinə daim minnətdarıq.

Hər iki əlamətdar hadisə münasibətilə Televiziya və Radio Verilişləri Redaksiyasının kollektivini təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq. Əziz həmkarlarımıza “Yolunuz açıq olsun!” deyirik.

 

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Ötən həftə ərzində 182 yanğına çıxış olub, 61 nəfər xilas edilib VİDEO

FHN: Ötən həftə ərzində 182 yanğına çıxış olub, 61 nəfər xilas edilib VİDEO

ABŞ Putin, Tramp və Si Cinpin arasında noyabrın 19-da keçiriləcək görüşü təsdiqləyib

16 noyabr – Beynəlxalq Tolerantlıq Günüdür

Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib VİDEO

Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib VİDEO

Hazırda Bakıda bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Paytaxtda qızıl-zinət əşyaları və mobil telefon oğurlayan şəxslər saxlanılıblar

Tailandda baş verən yanğın nəticəsində 11 nəfər həlak olub

Husilər Yəmənin müvəqqəti paytaxtı Ədənə doğru irəliləyirlər

Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək

SEPAH Bəhreyndə ABŞ radar stansiyasına dronlarla zərbə endirdiyini bildirib

Tramp ABŞ-də aviasiya sistemindəki problemlərə görə Bayden administrasiyasını günahlandırıb

Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub

FT: Jensen Huanqın “Nvidia”nın rəhbərliyinə qayıtması üçün kampaniya aparılır

Husilər Ər-Riyad yaxınlığında neft obyektlərinə zərbə endiriblər

ABŞ-nin təyyarədaşıyan gəmisi bir sutka ərzində Yaxın Şərqə çatacaq

UEFA Millətlər Liqası: İngiltərə yığması İspaniyanı məğlub edib

“Tesla” “Cybercab” robotaksilərini şəxsi istifadə üçün satışa çıxarıb

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Bir əsrlik radio, 70 illik televiziya: Heydər Əliyev Sarayında “Yubiley gecəsi” FOTO

Bakıda aşan ağac səbəbindən evdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil

Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik

Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-də 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçisi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub