MƏDƏNİYYƏT
“Yuğ”da növbəti premyera
Bakı, 7 iyun, AZƏRTAC
İyunun 8-də Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi yeni tamaşanı - “Səsini unutma” adlı səhnə əsərini təqdim edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, yazıçı Kamal Abdullanın “Bir, iki bizimki” pyesi əsasında hazırlanan tamaşa rejissor Gümrah Ömərin quruluşunda təqdim ediləcək. Quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Amid Qasımov olan tamaşada rolları Əməkdar artistlər Məmmədsəfa Qasımov, Amid Qasımov və Ləman Novruzova ifa edəcək.
Xronometrajı 70 dəqiqə olan tamaşanın məğzi belədir: İki dünya arasındakı sahibsiz bir məkana düşmüş qəhrəman vəfat etmiş qadını ilə ünsiyyətə girir. Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağlayan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur. Əbədiyyətin elçisi - sevimli qadın səbirlə, lakin güzəştsiz olaraq öz opponentinə “kömək” edir, təkəbbür və iltifatla onun hiylələrinə göz yumur.
Qeyd edək ki, tamaşa A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]