ELM VƏ TƏHSİL
Yüksək texniki peşə təhsili üzrə statistika açıqlanıb
Bakı, 27 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi yüksək texniki peşə təhsili üzrə statistikanı açıqlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, cari tədris ilində 5 regionda fəaliyyət göstərən 8 peşə məktəbində yüksək texniki peşə təhsilinə 17 ixtisas üzrə tələbə qəbulu aparılıb və 820 nəfər tələbə adını qazanıb. Hazırda respublika üzrə 1466 tələbə yüksək texniki peşə təhsili səviyyəsində təhsil alır.
Qeyd edək ki, ötən tədris ilində 4 regionda fəaliyyət göstərən 6 peşə müəssisəsində 15 ixtisas üzrə yüksək texniki peşə təhsilinə tələbə qəbulu aparılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]