DÜNYA
Yunanıstan milli kosmik agentlik yaradır
Afina, 1 fevral, AZƏRTAC
Yunanıstanın Rəqəmsal Siyasət, Telekommunikasiya və İnformasiya Nazirliyi ölkənin kosmik agentliyini yaratmaq niyyətindədir. Tezliklə bununla bağlı qanun layihəsi parlamentə təqdim ediləcəkdir. Yeni qurumun rəsmi adı Kosmik Fəaliyyət üzrə Milli Mərkəz (EKDE) olacaqdır. Eyni zamanda, cari ildə “Hellas Sat” peykinin kosmosa buraxılması nəzərdə tutulur. Kosmik agentlik hərbi və telekommunikasiya sahələrində elmi tədqiqatlar və mülki müdafiə üçün istifadə olunacaqdır.
Yunanıstanın 2003-cü ildən etibarən malik olduğu “Hellas Sat 2” adlı peyki 2013-cü ildə 208 milyon avroya ərəb şirkətinə satılıb. Ölkənin rəqəmsal siyasət, telekommunikasiya və informasiya naziri Nikos Pappas peykin sabiq hökumət tərəfindən satılması ilə razı olmadığını və Yunanıstanın kosmosda təmsil olunmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]