YUNANISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KONSTANTİNOS STEFANOPULOSA
Hörmətli cənab Prezident,
Afina-Saloniki yolunda baş vermiş avtomobil qəzası nəticəsində insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2003-cü il