MƏDƏNİYYƏT
Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə: “Yenə iki od arasında”
Bakı, 23 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC
“Yenə iki od arasında” romanı görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr olunub.
Bu barədə AZƏRTAC-a əsərin müəllifi, yazıçı Elçin Hüseynbəyli məlumat verib. Bildirib ki, ömrü boyu məşəqqətli həyat sürmüş Y.V.Çəmənzəminlinin həyatından bəhs edən bu əsər əvvəlcə “Azərbaycan” jurnalının 9-10-cu nömrəsində dərc olunacaq. Yazıçı yenicə tamamladığı əsərini noyabrda kitab şəklində oxuculara təqdim edəcəyini bildirib.
Həmçinin ilin sonuna kimi Elçin Hüseynbəylinin Vilnüsdə və Tbilisidə hekayə kitablarının nəşri və təqdimatı nəzərdə tutulub. Rəhbəri olduğu Azərbaycan Yazarlar Klubunun “Canımız Qarabağ, yazımız Qarabağ” layihəsi də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə oktyabr-noyabr aylarında gerçəkləşəcək.