İDMAN
Zaqatalanın “Simurq” futbol klubu baş məşqçi Georgi Çixradze ilə müqaviləsini yeniləmişdir
Bakı, 16 avqust (AZƏRTAC). Zaqatalanın “Simurq” futbol klubu baş məşqçi Georgi Çixradze ilə müqaviləsini yeniləmişdir.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, 2011/2012-ci il mövsümünün 24-cü turunda rəsmən “Simurq”un sükanı arxasına keçən gürcüstanlı mütəxəssis daha iki il Zaqatala təmsilçisinə rəhbərlik edəcəkdir.
Ötən mövsüm “Simurq”a tarixinin ikinci ən yaxşı nəticəsini qazandıran Georgi Çixradze komandanı Premyer Liqada 43, ölkə kubokunda isə 3 qarşılaşmaya çıxarmışdır. Onun rəhbərliyi altında Zaqatala təmsilçisi çempionatda 16 qələbə, 9 məğlubiyyət, 18 heç-heçə etmişdir. Ölkə kubokunda isə 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət qeydə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]