REGİONLAR
Zərdab rayonunda ciyid səpilir
Zərdab, 14 aprel (AZƏRTAC). “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq, Zərdabda pambıqçılığın inkişafi istiqamətində ardıcıl tədbirlər görülür. Ötən il son dərəcə əlverişsiz keçən hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq 622 hektardan 271 ton məhsul yığılmışdır.
AZƏRTAC xəbər verir ki, cari ildə rayonun torpaq mülkiyyətçiləri pambıqçılığı daha da inkişaf etdirmək, pambıq əkiləcək sahələri artırmaq əzmindədirlər. Bu məqsədlə indiyədək 1.094 hektarda şum qaldırılmış və həmin sahələr arata qoyulmuşdur. Artıq bir neçə gündür ki, sahələrə çiyid səpilir. Hər gün, orta hesabla 10-15 aqreqat çiyid səpini ilə məşğul olur. Rayonun daha çox pambıq əkilən Bəyimli qəsəbəsində, Bıçaqçı, Şahsünlü, İsaqbağı və digər ərazi vahidlərində səpin kampaniyası daha mütəşəkkil keçir.
Pambıqçılar çiyid səpinini aprelin sonunadək başa çatdırmağı nəzərdə tutmuşlar.