İQTİSADİYYAT
Zərdabda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilmişdir
Bakı, 27 aprel (AZƏRTAC). Aprelin 26-da Zərdabda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti konfrans keçirilmişdir.
Antiinhisar Siyasəti və İsteklakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 260-dan çox istehlakçı iştirak etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransda “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələr dinlənilmişdir.