REGİONLAR
Zərdabda torpaq məcralı suvarma kanalının beton kanalla əvəzlənməsi işlərinə başlanılıb
Zərdab, 11 fevral, AZƏRTAC
Zərdab rayonunun Təzəkənd-Məlikumudlu torpaq məcralı suvarma kanalının beton növ kanalla əvəzlənməsi işlərinə başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 6,5 kubmetr suaparma qabiliyyəti olan 8,5 kilometrlik bu kanal yüz hektarlarla ərazinin su təminatını yaxşılaşdıracaq. Artıq kanalın 0,55 kilometrlik hissəsində işlər görülüb.
Qeyd edək ki, rayonda əkin sahələrinin su təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, Məlikli və Burunlu kəndlərində əkinlərin suvarılmasında olan çətinliklərin aradan qaldırılması üçün Kür çayının Burunlu kəndi ərazisindən keçən hissəsində yeni nasos stansiyasının qurulması başa çatdırılıb. Rayonda 163 kilometr təsərrüfatdaxili, 17,5 kilometr Şirəkeş kanalı qazılıb. Habelə Alıcanlı-2, Savxoz-1 nasos stansiyaları əsaslı təmir olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]