ZİMBABVE RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ROBERT QABRİEL MUQABEYƏ
Hörmətli cənab Prezident,
Zimbabve Respublikasının milli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında münasibətlərin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Zimbabve xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2003-cü il