Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Bakı, 3 may, AZƏRTAC

İqlim dəyişikliyi, yaşıl enerjiyə keçid, ətraf mühitin mühafizəsi və bərpaolunan enerji mənbələri son vaxtlar ən çox müzakirə olunan mövzular arasındadır. Biz görürük ki, dünya mediası göstərilən məsələlərə necə böyük diqqət yetirir, mətbuatda bu mövzunun işıqlandırılması ilə bağlı müzakirələr aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev cümə günü keçirilən MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformasiya Şurası) XXXI iclasında bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin cari ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiyini xatırladan İdarə Heyətinin sədri iclas iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanda bu sahədə böyük layihələr həyata keçirilir, yeni hidroelektrik, Günəş və külək elektrik stansiyaları tikilir.

Vüqar Əliyev qeyd edib: “Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri yaşıl enerji zonası elan edib. Tamamilə dağıdılmış və yenidən dirçəldilən bu ərazilərdə yaşıl enerji onların bərpası prosesinin əsas istiqaməti olacaq”.

O, həmçinin xatırladıb ki, Azərbaycan 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək, iki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və ölkəmizə 80 minə yaxın əcnəbi qonaq gələcək. İdarə Heyətinin sədri vurğulayıb ki, 198 ölkə Konvensiyanın tərəfdaşıdır və bu, tədbirin necə böyük miqyasa malik olduğunu göstərir.

Agentliyin rəhbəri deyib: “AZƏRTAC bu konfransın işıqlandırılmasında fəal iştirak edəcək. Biz, həmçinin həmkarlarımızı öz ölkələrindəki auditoriya üçün maraqlı və faydalı olacaq məlumatları yaymaq istiqamətində birgə fəaliyyət göstərməyə dəvət edirik. Əminəm ki, birgə səylərlə insanlara ölkələrin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçidlə bağlı qəbul etdikləri qərarlar barədə daha yaxşı məlumat verə bilərik”.

Birliyə üzv ölkələrin dövlət xəbər agentlikləri arasında əməkdaşlıqdan danışan Vüqar Əliyev qeyd edib ki, son vaxtlar bu əlaqələr intensivləşib. Bu, təcrübə mübadiləsinə və birgə layihələrin həyata keçirilməsinə imkan yaradır. O, bu kontekstdə TASS agentliyinin Moskvada təşkil etdiyi seminarları, eləcə də AZƏRTAC ilə TASS arasında həyata keçirilən mübadilə proqramını məhsuldar adlandırıb.

İdarə Heyətinin sədri çıxışının sonunda əlavə edib: “İnformasiya Şurasının gündəliyində məsələlər çoxdur. Biz artıq Qələbənin 80 illiyi (İkinci Dünya müharibəsində), eləcə də 2025-ci ildə Azərbaycanda keçiriləcək MDB Oyunları kimi əlamətdar hadisələri işıqlandırmağa hazırlaşırıq. Həqiqətən İnformasiya Şurası bir əsrlik tarixə malik olan agentlikləri birləşdirir. Dekabrda BELTA 105 illiyini qeyd etdi, sentyabrda isə TASS 120 illik yubileyini bayram edəcək. Gələn il AZƏRTAC üçün də yubiley ili olacaq, biz 105-ci ildönümümüzü qeyd edəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Belarus tərəfdaşlığı özünün ən yüksək mərhələsindədir ŞƏRH

Məleykə Abbaszadə: İmtahan modelinin dəyişilməsi üçün əvvəlcə hüquqi addımlar atılmalıdır

Rumıniyalı voleybolçu: Azərbaycan millisinə hörmətimiz sonsuzdur

Ukrayna dağılmış elektrik stansiyalarının bərpasına 38 milyon dollar ayırıb

Daşqınlardan zərərçəkmişlərə yardımlar Braziliya büdcəsinə azı 2 milyard dollara başa gələcək

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Roma Papası iqlim dəyişməsi ilə mübarizədə təcili addımlar atmağa çağırıb

Binəqədi rayonunda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb

“Yuğ” teatrı “21:45 qatarı” premyera tamaşasını növbəti dəfə təqdim edib

Şirvanda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub

Bu il hansı ixtisaslar üzrə keçid balı artacaq?

Əfqanıstanda daşqınlar 50 nəfərin həyatına son qoyub

Azərbaycanda ilk dəfə xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək

Zelenski Kiyevə yenidən hücum təhlükəsinə aydınlıq gətirib

Yerli düyüyə tələbat artdıqca, əkin sahələri də genişlənir VİDEO

Xorvatiyada keçirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin iclasında iştirakçılar COP29-la bağlı məlumatlandırılıblar

“Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” - BDU-da elmi konfrans

Məleykə Abbaszadə: XI sinif buraxılış imtahanları ilə bağlı apellyasiyanın nəticəsi ümumi vəziyyəti dəyişməyəcək

Fransa Yeni Kaledoniyada hərbi vəziyyət elan edib

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd ediləcək

Azərbaycan Premyer Liqası: İki oyuna əcnəbi VAR hakimi təyin olunub

Müdafiə Nazirliyi: Ötən ay 254 hektardan çox ərazi minalardan tam təmizlənib

DİM rəhbəri müsabiqədə imtahansız iştirak etmək istəyən subbakalavrlara müraciət edib

Dağıstan İƏT ölkələri və Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istəyir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistanında Ali Səviyyəli Toplantısı keçiriləcək

Məleykə Abbaszadə: Gələn həftə 46 mindən çox abituriyent II və III ixtisas qrupları üzrə imtahan verəcək

Polis əməkdaşları itkin düşmüş şəxsləri taparaq aidiyyəti üzrə təhvil veriblər

Klublardan AFFA-nın qərarına münasibət: Hakimin əcnəbi və ya yerli olması önəm kəsb etmir

Ombudsman “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayıb

DİM sədri: Elektron imtahanlar korpusunda 2 gün ərzində 2800 nəfər imtahan verəcək VİDEO

46-cı ICPC dünya finalı iştirakçıları olan ADA komandasının mükafatlandırılması keçirilib

Son bir həftə ərzində Xankəndidə 43 avtomat silahı aşkarlanaraq götürülüb

“Rusiya-İslam dünyası” forumunda “Şimal-Cənub” dəhlizinin inkişafı müzakirə olunub

Milli Məclisin sədri gender bərabərliyinin təminində qarşıya çıxan problemlərdən danışıb

Azərbaycan millisinin voleybolçusu: Bu cür turnirlər komandanın inkişafına müsbət təsir edəcək

Rüstəm Hüseynov Bakıdakı Rus evində yeni mühazirə oxuyub

BMA-da “İqlim dəyişmələri” haqqında müzakirə aparılıb

Hindistanda avtobusun yanması nəticəsində doqquz nəfər ölüb

Zelenski: Tərəfdaşlar Ukraynanı Rusiya ilə danışıqlara sövq etmir

Belarus xalqı Azərbaycanı Cənubi Qafqazda sülhün qarantı hesab edir ŞƏRH

Avrozonada apreldə inflyasiyanın ən az artımı Litvada qeydə alınıb

Nəriman Abbasov çempionluq kəməri uğrunda döyüşə çıxır

“Türk mənşəli arxaizmlər lüğəti” Azərbaycan dili tarixinin öyrənilməsi üçün zəngin material mənbəyidir

Kaliforniya ABŞ-da işsizlik nisbətində liderliyini davam etdirir

Agentlik sədri: Proqramlaşdırma müsabiqələrinin rolu ölkənin rəqəmsallaşmasında vacibdir

Merilənd Universitetində Azərbaycanla bağlı təqdimat keçirilib

FHN: Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib

DİM rəhbəri: 150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazanıblar

Fransanın Cənubi Qafqaz siyasəti bumeranq effekti verdi ŞƏRH

Füzuli rayonuna köçürülən ailələr tibbi müayinələrdən keçirilib

Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizindən danışıb

Milli motivlər əsasında hazırlanmış zinət əşyaları ABŞ-da təqdim olunub

Məleykə Abbaszadə: Abituriyentlər yalnız öz güclərinə güvənsinlər VİDEO

Azərbaycan Basketbol Liqası: Bu gün üçüncü yerin sahibi bəlli ola bilər

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir

Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb

Şəkidə Ulu Öndərə həsr olunan futzal turnirinin qalibləri mükafatlandırılıb

DİN: Ötən gün 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

Faktiki hava: Qar örtüyünün hündürlüyü Şahdağda 5, Qaxda 2 santimetr təşkil edib

“Azeri Light” markalı neft bahalaşıb

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Qazaxda vətəndaşları qəbul edəcək

Akademik Mirməmməd Cavadzadənin 97-ci illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir

Şəki Xan sarayı bərpa olunacaq

Məktəblilərimiz ABŞ-da keçirilən ISEF yarışmasında ilk dəfə medal qazanıblar

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Slovakiyaya qarşı

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunda qanunsuz tikintilərin qarşısını alıb

Yaponiya parlamenti boşanmış valideynlərə birgə qəyyumluq icazəsi verən qanun qəbul edib

Ötən gün könüllü təhvil verilən silahların sayı açıqlanıb

Premyer Liqa: Bu gün üç vacib oyun keçiriləcək

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 67 cinayətin üstü açılıb

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı başlanıb

Naxçıvan şəhərinin su təminatı yaxşılaşdırılır

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb

Beynəlxalq Riyaziyyat Müsabiqəsində Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 7 məktəbli medal əldə edib

IV sinif şagirdləri üçün monitorinq keçirilir

Oğuzda quldurluq edən şəxs saxlanılıb

Akademik Milli Dram Teatrında “Əsrə bərabər gün" tamaşası səhnələşdirilib

Bakıda qəzaya görə mərkəz istiqamətində sıxlıq yaranıb

“Heydər Əliyev kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib

Yeni Kaledoniyada vəziyyət ağırlaşıb

18 May - Beynəlxalq Muzeylər Günüdür

“Yaşıl dünya naminə həmrəylik” Çində təbliğ edilib

“Bir muzeyin sirri”: tarixi-mədəni yaddaşa düşən işıq

Vəkil: Fransa Yeni Kaledoniyada əlcəzairsayağı sülh istəyir

Şamaxı Rəsədxanasında növbəti ustad dərsi keçirilib

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib