Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

London, 4 may, Aytən Abbaslı, AZƏRTAC

Budəfəki müsahibimiz Azərbaycandan Londona “innovator” vizası ilə gedən ilk azərbaycanlı xanım Fidan Cavadovadır. O, yaşıl enerji ilə bağlı “BeWorks Automation” adlı startapın qurucusudur və hazırda elektromobillər üçün şarj qurğuları infrastrukturu üzərində çalışır.

AZƏRTAC Fidan Cavadova ilə startapla bağlı reportajını təqdim edir.

- Startapınız haqqında məlumat verə bilərsinizmi?

- “BeWorks Automation” yaşıl enerji startapıdır və əsasən üç başlıca istiqaməti əhatə edir. Birinci istiqamət elektrik mühərrikli avtomobillərin şarj infrastrukturunun qurulmasıdır. İkinci biznes istiqaməti isə günəş enerjisi layihələridir. Buna bütün layihələrin sıfırdan planlanması, həmçinin günəş panellərinin və layihələrə gərəkli olan digər aksessuarların seçilməsi, onun dizaynı, təchizatı və quraşdırılması daxildir. Üçüncüsü isə “BeWorks Automation” adından da göründüyü kimi, avtomatlaşdırmadır. Burada da bir çox “IoT” və rəqəmsal transformasiya üçün lazım olan həll yollarını təqdim edirik.

- Nəyə görə yaşıl enerji sahəsində startap qurmağa qərar verdiniz?

- Biz mühəndis ailəsiyik. Bu sahəyə maraq mənə ailədən gəlir. Atamın bərpaolunan enerji sahəsinə çox böyük marağı olub. Ona görə gənc yaşlarımızdan həmişə mənə və qardaşıma bu fikirləri aşılayırdı ki, bərpaolunan enerji, günəş enerjisi bizim gələcəyimizdir. Bizə başa salırdı ki, tükənən enerji resursları bir yerə qədərdir. Bunu təkcə fikir olaraq bildirmirdi, həm də bizə praktikada göstərirdi. Hələ 15 il öncə atam günəş panelləri alıb evimizdə kiçik bir sistem qurmuşdu və qardaşımla mən bu infrastrukturun necə işlədiyini praktikada görmüşdük. Hər il yaşımız artdıqca mühəndislik cəhətdən o sistemin necə işlədiyini başa düşürdük. Hətta günəş panelləri enerji sərfiyyatını optimallaşdırdığına görə elektrik xərclərimiz də az gəlirdi. Qonşularımız bizdən soruşurdu ki, necə olur sizin xərcləriniz az gəlir? Biz də onlara başa salırdıq ki, evimizdə günəş panelləri işlədirik. Beləcə, həm öyrədici, həm də gülməli hallar yaşanırdı. Bu startapı qurmaq ərəfəsində də atam mənim ən böyük mentorum olub. Həm strategiya, həm də yeni məhsullar barəsində onun fikirlərini öyrənmişəm və düşünürəm ki, bu biznes ideyasını düzgün seçmişəm.

- “İnnovator” vizasını almaq çətin oldumu?

- Mən vizaya müraciət edəndə “innovator” vizası yeni elan olunmuşdu. O, bundan əvvəl “Entrepreneur” vizası adlanırdı və onun şərtləri bir az fərqli idi. “İnnovator” vizasının şərtləri ilə tanış olandan sonra gördüm ki, mənə uyğundur və bəxtimi sınamaq istədim. Biznes istiqamətlərini yazdım. Yeni viza növü olduğu üçün mən müraciət edəndə onun haqqında çox da məlumat yox idi. İngiltərədə hüquqşünaslara müraciət edəndə onlar deyirdilər ki, bu haqda məlumatımız yoxdur, bu, yeni istiqamətdir. Mən yenə də vizaya müraciət etmək qərarına gəldim və uğurlu da oldu.

- Siz dediniz ki, elektrik mühərrikli avtomobillər şarj infrastrukturu üzərində işləyirsiniz. Bəs sizin gördüyünüz işlər rəqiblərinizin şarj infrastrukturundan nə ilə fərqlənir? Müştəri nəyə görə başqasını yox, sizi seçməlidir?

- Britaniyada yaşıl enerji ilə bağlı çoxlu startaplar var, layihələr həyata keçirilir. Bu ölkədə bu biznesdə önəmli cəhətlərin olmalıdır ki, sən onlardan bir addım qabaqda olasan, çünki rəqabət çoxdur. Müştəri səninlə danışanda bilmək istəyir hansı cəhətin fərqlidir ki, o, sırf bu şarj alətini başqasından deyil, səndən alsın. Bizim şarj alətinin ən əsas fərqlərindən biri odur ki, biz əlçatan bir texnologiya yaratmışıq. Bilirsiniz ki, elektrik mühərrikli avtomobillərdə kabel texnologiyası, naqillər ağır olur. Bu da yaşlı və fiziki çətinlikləri olan sürücülər üçün problemlər yarada bilir. Sırf o cəhətdən də onlar elektromobil fikrindən soyuya bilirlər. Bizim texnologiyamıza əsasən onlar avtomobillərini şarj edən zaman sessiya başlayanda kabel onların yanına avtomatik gəlir, onlar, sadəcə, kabeli götürüb avtomobillərinə qoşurlar. Biz öncə bu prototip üzərində çalışmağa başladıq. Konsept məndə uzun zamandır var idi. Hər bir startapın yaralı yeri olan investisiya məsələsini həll etməyə çalışırdıq. Artıq investisiya və dövlətdən qrantlar aldıqdan sonra aktiv şəkildə bu prototipin istehsalına davam etdik. Hazırda bu prototipin 80 faizini tamamlamışıq. Son addımlar akkreditasiya mərhələsidir ki, onu bitirdikdən sonra satışa çıxara biləcəyik. Həmçinin bizim şarj infrastrukturumuz ona görə fərqlənir ki, biz həm daha rahat, daha anlaşıla bilən interfeys yaratmışıq. Sizə nəyi necə etmək lazım olduğu mobil tətbiq vasitəsilə mərhələ-mərhələ izah olunur. Biz əlimizdən gələni edirik ki, elektrikli avtomobilə keçən insanlar üçün heç bir maneə olmasın. Bu şarj alətinin üzərində bir ilə yaxındır ki, işləyirik. Yaxın zamanda, təxminən iki ay ərzində bunu tamamlayacağıq.

- Necə oldu ki, siz çətinliyi olan sürücülər üçün şarj aləti yaratmağa qərar verdiniz?

- Əslində, biznes ideya olaraq ağlımda konseptlər hər zaman olub. Ancaq bəzən sırf bir potensial müştəridən, onun probleminin nə olduğunu başa düşdükdən sonra anlayırsan ki, burada həqiqətən də bir problem var, bunun həll yolu tələb olunur. İnnovasiyaya çox marağı olan yaşlı bir qonşumuz var idi. Onunla da fikirlərimi paylaşmışdım və o, çox həvəslə istəyirdi ki, elektrik avtomobillərinə keçid etsin. Sırf naqillərin ağırlığından şikayətlənirdi. Deyirdi ki, həm naqillərin ağır, həm də interfeysin çətin olması səbəbindən yaşlı adamlar üçün elektrik mühərrikli avtomobil istifadə etmək asan iş deyil. O düşünürdü ki, hər dəfə maşını şarj etmək istəyəndə kimdənsə kömək istəməli olacaq. O da heç kəsdən kömək almaq istəmirdi. Mənə deyirdi ki, Fidan, nə vaxtsa şarj aləti yaratmaq istəsən bunu nəzərə alarsan. Mən də bu arqumenti test etdim və belə bir problemin olduğunu gördüm. Daha sonra fikir verdim ki, qonşularımdan bir çoxu bir problemi qeyd edir. Bu universal bir şarj aləti olmalıdır, ona görə düşündüm ki, hər kəsin problemləri nəzərə alınmalıdır. Heç kəsin problemi görməzdən gəlinməməlidir. Bu da prototipin üzərində çalışmağıma səbəb oldu.

- İşinizin sevdiyiniz və sevmədiyiniz tərəfləri nələrdir?

- İlk növbədə, sevdiyim işi görürəm. Bu, hər gün təkrarlanan bir iş deyil. Hər gün sənin qarşına yeni bir innovasiya çıxır. Daima inkişaf var, heç vaxt darıxmırsan, hər gün xəbərləri açanda yeniliklərin olduğunu görürsən. Bu da tələb edir ki, təsisçilər və bu işlə məşğul olan insanlar yeniliklərlə ayaqlaşsınlar. Çünki innovasiya bu işləri qabağa aparır. Bundan başqa, iş və şəxsi həyat balansını özümün təyin edə bilməyim çox gözəl haldır. Həm də iş saatlarım rahatdır. Artıq COVID-19 pandemiyasından sonra çoxları Britaniyada saat 09:00-17:00 arası çalışmır. Burada insanlar işə də vaxt ayırır, öz məqsədlərinə də çata bilirlər və bu, çox önəmlidir.

Xoşuma gəlməyən cəhətlərinə gəldikdə isə… Tam olaraq bunu xoşuma gəlməyən adlandırmazdım. Çünki düşünürəm ki, yaşadığım çətinliklər də püxtələşməyimə səbəb olur. Ən böyük çətinlik o zaman olur ki, qarşıma qoyduğum məqsədləri dərhal həyata keçirə bilmirəm. Məsələn, deyirik ki, müəyyən məbləğdə investisiya cəlb etdikdən sonra bu işə filan tarixdə başlayacağıq. Ancaq startap aləmində bu belə deyil. Planlar bir gün içərisində 180 dərəcə dəyişə bilir. Ona görə də daha düşüncəli, strateji davranmaq lazımdır ki, “plan A” həyata keçməyəndə “plan B” olsun.

- Komandanızda sizdən başqa kimlər var? Həmçinin investorlarınız varmı?

- Mən iki ilə yaxın idi ki, tək çalışırdım. Artıq işlər çoxalandan və yeni məhsul üzrə işləməyə başlayandan sonra texniki mühəndis, yəni, sistem mühəndisi işə götürmüşük. Həmçinin bəzi partnyorlarımız var ki, onlar da məhsulun yığımında bizə yardımçı olurlar.

“Hardware” (avadanlıq – red.) fokusu olan sahələrdə investisiya qaçınılmazdır. “Software” (proqram təminatı – red.) olan sahələrdə bəzən məhsulun prototipini pulsuz etmək olur. Çox təəssüf ki, bizdə bu şarj alətinin prototipini belə qurmaq üçün investisiya lazımdır. İlkin investisiyamız bu sahəyə və bizim vizyonumuza inanan şəxsi (belə investorlar mələk investor adlanır – red.) investor tərəfindən edildi. Onun investisiyasından sonra biz Britaniya hökumətindən də qrant aldıq. O qrant bizim daha sürətlə inkişafımıza səbəb oldu. Həmçinin burada vençur kapitalı (yüksək səviyyəli risk dərəcəsi olan startaplara investisiya fondları və ya firmaları tərəfindən sərmayə kimi yatırılan pullardır – red.) olan şirkətlərlə də danışırıq. Düşünürəm ki, onların sayəsində yerdə qalan investisiyaları tamamlayacağıq.

- Ümumiyyətlə, Londonda startap qurmaq çətindirmi?

- Londonda startap ekosistemi çox sürətlə yayılır. Hər gün yeni bir mövzuda startapların yarandığını görürük. Bu sahə çox populyardır. Çətinliyə gəldikdə, bu, startapın hansı mövzuda, sektorda olmasına baxır. Əlbəttə, bəzi startaplara investisiya cəhətdən çox kiçik bir məbləğ lazımdır ki, onlar irəli getsin və satışı olsun. Bəzi startaplarda isə milyonlarla ilkin investisiyaya ehtiyac olur. O zaman işlər uzanır. İndiki zamanda həm Avropada, həm də İngiltərədə investisiya almaq çox çətinləşib. Bu, iqtisadi böhran və inflyasiya ilə də əlaqədardır. Britaniyada investorlar daha ehtiyatla davranırlar. Ona görə də hər startap investisiya alıb inkişaf edə bilmir. Bir çoxları yaradılır və bir il içərisində artıq işini dayandırırlar. Ona görə, startapdan “scale-up” səviyyəsinə çıxana qədər çətindir. Startapın davam etməsi üçün daimi müştərilər lazımdır. Daimi müştərilər olduqdan sonra gəlir də gəldiyinə görə startapın riskləri nisbətən azalır.

- Azərbaycandan sizin kimi startap qurub Londona gəlmək istəyənlərə nə məsləhət verərdiniz?

- Azərbaycanda əvvəlki illərə nisbətən startap sahəsində çox uğurlu işlər görülür. Həm qızlar, həm də oğlanlar tərəfindən daha çox startaplar görürük. Xanımların daha çox bu startap ekosisteminə maraq göstərdiyini görürəm. Bu, çox sevindirici haldır. Öz təcrübəmə əsasən deyə bilərəm ki, hər bir startapda təsisçilər hər zaman öz ideyalarının möhtəşəm olduğunu düşünürlər. Fikirləşirlər ki, bu ideya çoxlu pul gətirəcək və s. Onlar məsləhətləşmədən məhsulu bir istiqamətdə istehsal edir, satmağa çalışırlar. Bu, düzgün yanaşma olmaya bilər. Ona görə yeni başlayan startapçılara məsləhətim odur ki, ideyanıza inanırsınızsa, mütləq onu araşdırın, mentorlarınız varsa, onlarla məsləhətləşin. Daha aydın başa düşün ki, bu startap hansı problemi həll edir. Bunu aydınlaşdırandan sonra çətinliklər ola bilər, amma bu o demək deyil ki, dayanmalısınız. Əgər həqiqətən də məqsədli şəkildə bu ideyanı araşdırmısınızsa, çətinliklərə də məruz qalsanız, çalışın bu sahədə ixtisaslaşan insanlarla məsləhətləşəsiniz, biznes ideyanızı daim inkişaf etdirəsiniz.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb

Avropa çempionu olan Azərbaycan güləş yığması Vətənə qayıdıb

İsmayıllıda yeni istehsal müəssisəsinin təməli qoyulur

Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub

Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən qarşılıqlı maraqlar ŞƏRH

Hyustonda fırtına nəticəsində ölənlərin sayı yeddiyə çatıb

Azərbaycan nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir

Rumıniya voleybol millisinin baş məşqçisi: Azərbaycan yığması bizə təhlükəli anlar yaşatdı

Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNƏCƏK

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub  YENİLƏNƏCƏK

Azərbaycan atleti 3-cü dəfə dünya çempionu olub

Azərbaycan-Belarus tərəfdaşlığı özünün ən yüksək mərhələsindədir ŞƏRH

Macarıstanın xarici işlər naziri: Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması vacibdir

Məleykə Abbaszadə: İmtahan modelinin dəyişilməsi üçün əvvəlcə hüquqi addımlar atılmalıdır

Rumıniyalı voleybolçu: Azərbaycan millisinə hörmətimiz sonsuzdur

Ukrayna dağılmış elektrik stansiyalarının bərpasına 38 milyon dollar ayırıb

Daşqınlardan zərərçəkmişlərə yardımlar Braziliya büdcəsinə azı 2 milyard dollara başa gələcək

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Roma Papası iqlim dəyişməsi ilə mübarizədə təcili addımlar atmağa çağırıb

Binəqədi rayonunda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb

“Yuğ” teatrı “21:45 qatarı” premyera tamaşasını növbəti dəfə təqdim edib

Şirvanda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub

Bu il hansı ixtisaslar üzrə keçid balı artacaq?

Əfqanıstanda daşqınlar 50 nəfərin həyatına son qoyub

Azərbaycanda ilk dəfə xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək

Zelenski Kiyevə yenidən hücum təhlükəsinə aydınlıq gətirib

Yerli düyüyə tələbat artdıqca, əkin sahələri də genişlənir VİDEO

Xorvatiyada keçirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin iclasında iştirakçılar COP29-la bağlı məlumatlandırılıblar

“Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” - BDU-da elmi konfrans

Məleykə Abbaszadə: XI sinif buraxılış imtahanları ilə bağlı apellyasiyanın nəticəsi ümumi vəziyyəti dəyişməyəcək

Fransa Yeni Kaledoniyada hərbi vəziyyət elan edib

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd ediləcək

Azərbaycan Premyer Liqası: İki oyuna əcnəbi VAR hakimi təyin olunub

Müdafiə Nazirliyi: Mayda 254 hektardan çox ərazi minalardan tam təmizlənib VİDEO

DİM rəhbəri müsabiqədə imtahansız iştirak etmək istəyən subbakalavrlara müraciət edib

Dağıstan İƏT ölkələri və Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istəyir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistanında Ali Səviyyəli Toplantısı keçiriləcək

Məleykə Abbaszadə: Gələn həftə 46 mindən çox abituriyent II və III ixtisas qrupları üzrə imtahan verəcək

Polis əməkdaşları itkin düşmüş şəxsləri taparaq aidiyyəti üzrə təhvil veriblər

Klublardan AFFA-nın qərarına münasibət: Hakimin əcnəbi və ya yerli olması önəm kəsb etmir

Ombudsman “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayıb

DİM sədri: Elektron imtahanlar korpusunda 2 gün ərzində 2800 nəfər imtahan verəcək VİDEO

46-cı ICPC dünya finalı iştirakçıları olan ADA komandasının mükafatlandırılması keçirilib

Son bir həftə ərzində Xankəndidə 43 avtomat silahı aşkarlanaraq götürülüb

“Rusiya-İslam dünyası” forumunda “Şimal-Cənub” dəhlizinin inkişafı müzakirə olunub

Milli Məclisin sədri gender bərabərliyinin təminində qarşıya çıxan problemlərdən danışıb

Azərbaycan millisinin voleybolçusu: Bu cür turnirlər komandanın inkişafına müsbət təsir edəcək

Rüstəm Hüseynov Bakıdakı Rus evində yeni mühazirə oxuyub

BMA-da “İqlim dəyişmələri” haqqında müzakirə aparılıb

Hindistanda avtobusun yanması nəticəsində doqquz nəfər ölüb

Zelenski: Tərəfdaşlar Ukraynanı Rusiya ilə danışıqlara sövq etmir

Belarus xalqı Azərbaycanı Cənubi Qafqazda sülhün qarantı hesab edir ŞƏRH

Avrozonada apreldə inflyasiyanın ən az artımı Litvada qeydə alınıb

Nəriman Abbasov çempionluq kəməri uğrunda döyüşə çıxır

“Türk mənşəli arxaizmlər lüğəti” Azərbaycan dili tarixinin öyrənilməsi üçün zəngin material mənbəyidir

Kaliforniya ABŞ-da işsizlik nisbətində liderliyini davam etdirir

Akademik Mirməmməd Cavadzadənin 97 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Agentlik sədri: Proqramlaşdırma müsabiqələrinin rolu ölkənin rəqəmsallaşmasında vacibdir

Merilənd Universitetində Azərbaycanla bağlı təqdimat keçirilib

FHN: Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib

DİM rəhbəri: 150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazanıblar

Fransanın Cənubi Qafqaz siyasəti bumeranq effekti verdi ŞƏRH

Füzuli rayonuna köçürülən ailələr tibbi müayinələrdən keçirilib

Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizindən danışıb

Milli motivlər əsasında hazırlanmış zinət əşyaları ABŞ-da təqdim olunub

Məleykə Abbaszadə: Abituriyentlər yalnız öz güclərinə güvənsinlər VİDEO

Azərbaycan Basketbol Liqası: Bu gün üçüncü yerin sahibi bəlli ola bilər

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir

Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb

Şəkidə Ulu Öndərə həsr olunan futzal turnirinin qalibləri mükafatlandırılıb

DİN: Ötən gün 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

Faktiki hava: Qar örtüyünün hündürlüyü Şahdağda 5, Qaxda 2 santimetr təşkil edib

“Azeri Light” markalı neft bahalaşıb

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Qazaxda vətəndaşları qəbul edəcək

Şəki Xan sarayı bərpa olunacaq

Məktəblilərimiz ABŞ-da keçirilən ISEF yarışmasında ilk dəfə medal qazanıblar

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Slovakiyaya qarşı

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunda qanunsuz tikintilərin qarşısını alıb

Yaponiya parlamenti boşanmış valideynlərə birgə qəyyumluq icazəsi verən qanun qəbul edib

Ötən gün könüllü təhvil verilən silahların sayı açıqlanıb

Premyer Liqa: Bu gün üç vacib oyun keçiriləcək

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 67 cinayətin üstü açılıb

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı başlanıb

Naxçıvan şəhərinin su təminatı yaxşılaşdırılır

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb

Beynəlxalq Riyaziyyat Müsabiqəsində Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 7 məktəbli medal əldə edib

IV sinif şagirdləri üçün monitorinq keçirilir

Oğuzda quldurluq edən şəxs saxlanılıb

Akademik Milli Dram Teatrında “Əsrə bərabər gün" tamaşası səhnələşdirilib

Bakıda qəzaya görə mərkəz istiqamətində sıxlıq yaranıb

“Heydər Əliyev kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib

Yeni Kaledoniyada vəziyyət ağırlaşıb

18 May - Beynəlxalq Muzeylər Günüdür