DÜNYA
İSRAİL QOŞUNLARI NABLUS ŞƏHƏRİNİ TUTMUŞLAR
İTAR-TASS xəbər verir ki, İsrail qoşunları noyabrın 13-də 100-dən artıq tankın köməyi ilə İordan çayının qərb sahilindəki Nablus şəhərini tutmuşlar. Əsasən HƏMAS ekstremist təşkilatının fəallarından ibarət 30-a yaxın fələstinli hərbi əməliyyatın ilk dəqiqələrində həbs edilmişdir.
Bir gün əvvəl İsrailin müdafiə naziri Şaul Mofas baş qərargahın və xüsusi xidmət idarələrinin nümayəndələri ilə Nablusda hərbi əməliyyatlara başlanmasına dair müşavirə keçirmişdir. O bildirmişdir ki, orduya şəhərdə terrorçu şəbəkəsini məhv etmək üçün lazım olduğu qədər vaxt veriləcəkdir.
Xəbər verildiyinə görə, qoşunlar Nablusa girərkən dəfələrlə atışma olmuşdur. Əsgərlər evləri ağır tank pulemyotlarından atəşə tutmuş və raketlər buraxmışlar. Hər iki tərəfdən həlak olanlar barədə məlumat yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2024 [16:24]
Avstraliyada quş qripinə ilk yoluxma halı qeydə alınıb
- 22.05.2024 [16:22]
Braziliyada “denge” qızdırmasına yoluxanların sayı 5 milyonu ötüb
- 22.05.2024 [15:56]
2024-cü ildə Antalyanı ziyarət edəcək turistlərin sayı 20 milyonu ötə bilər
- 22.05.2024 [15:47]
Tunis prezidenti İrana ilk dəfə səfər edib
- 22.05.2024 [14:10]
Aral dənizinin qurumuş dibi yaşıl sahəyə çevriləcək
- 22.05.2024 [12:43]