İDMAN
Yeniyetmə üzgüçülərimiz Macarıstandan 32 medalla qayıdırlar
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan üzgüçüləri Macarıstanın Şopron şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə 32 medal qazanıblar.
Azərbaycan Üzgüçülük Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançılarımız 14 qızıl, 8 gümüş, 10 bürünc medal əldə ediblər.
Almaniya, Fransa, Macarıstan, Slovakiya və Xorvatiya kimi komandaların mübarizə apardığı yarışda 18 üzgüçüdən ibarət yığmanın heyətində Məryəm Cavadova üç qızıl və bir gümüş medala sahib olub.
Həmçinin turnirdə Oqtay Hüseynov 2 qızıl, 1 gümüş, 1 bürünc, Amin Orujli 1 qızıl, Fərhad Şirməmmədli 1 qızıl, 2 gümüş, 1 bürünc, Xumar Mustafayeva 1 qızıl, 1 bürünc, Daniyal Muhəmməd 2 qızıl, Anastasiya Boborkina 1 qızıl, 1 bürünc, Əbdürrəhman Rüstəmov 2 qızıl, 2 gümüş, 1 bürünc, Timur Beker 1 qızıl, 1 bürünc, Mehri Abdürrəhmanlı 1 gümüş, Vlastina Xasyanova 1 gümüş, 1 bürünc, Orxan Əliyev, Sura Katerina, Ramal Sadıqlı isə 1 bürünc medal əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2024 [16:35]
“Avro-2024”: Şotlandiya millisinin ilkin heyəti bəlli olub
- 22.05.2024 [15:12]
“Qarabağ”ın qapıçısı Avropa çempionatında
- 22.05.2024 [14:17]
Son çempion daha dörd voleybolçu ilə vidalaşıb
- 22.05.2024 [14:12]
Azərbaycan boks millisinin lisenziya turniri üçün heyəti bəlli olub
- 22.05.2024 [14:00]
Dünya çempionatı: Azərbaycanın daha iki cüdoçusu çıxışını başa vurub
- 22.05.2024 [13:04]