Orta və iri sahibkarlıq subyektlərinin gəlir və xərclərinin uçotu hesablama metodu ilə aparılacaq

11.01.2022 [11:45]
Vergi Məcəlləsinə əsasən, mikro sahibkarlıq subyektləri istisna olmaqla, orta və iri sahibkarlıq subyektləri tərəfindən gəlirlərin və xərclərin uçotu 2022-ci il yanvarın 1-dən, kiçik sahibkarlıq subyektləri tərəfindən isə 2023-cü il yanvarın 1-dən yalnız hesablama metodu ilə aparılacaq ...

Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda 8 layihəyə 34 milyon avro investisiya yatırıb

10.01.2022 [18:33]
Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda 8 layihəyə 34 milyon avro investisiya yatırıb. AZƏRTAC banka istinadla xəbər verir ki, hazırda EBRD-nin Azərbaycan üzrə portfelində 34 aktiv layihə var ki, bu layihələr üzrə portfel 801 ...

ƏDV depozit hesabı üzrə borcun alınması zamanı hansı halda icra sərəncamı göndərilir?

10.01.2022 [17:56]
Vergi Məcəlləsinə əsasən, bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul ...

Yanvarın 11-nə USD/AZN rəsmi məzənnəsi

10.01.2022 [17:19]
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 11-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın yanvarın 11-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub ...

Bakı Fond Birjası ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlayıb

10.01.2022 [17:07]
Bakı Fond Birjası (BFB) ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlayıb. BFB-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2037008680, AZ2038008689 ...

Fiziki şəxslərin əmlak vergisində dəyişiklik edilib

10.01.2022 [16:00]
Vergi Məcəlləsində fiziki şəxslərin əmlak vergisi ilə bağlı dəyişiklik olunub. Məcəlləyə əsasən fiziki şəxslərin əmlak vergisi dövlət vergilərinə aid edilib. AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzu ilə bağlı təfərrüatları ...

Ötən il bağlanmış əqdlərin sayı artıb

10.01.2022 [14:53]
Ötən il “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 15 milyard 300,75 milyon manat təşkil edib. AZƏRTAC BFB-yə istinadla xəbər verir ki, son 1 ildə bağlanmış əqdlərin ...

“Bank Standart” KB-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

10.01.2022 [14:52]
Yanvarın 26-sı saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Bank Standart” Kommersiya Bankının balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq. Fonddan ...

® ABB 30 yaşını qeyd edir

10.01.2022 [12:55]
Regionun aparıcı banklarından olan ABB bu gün 30 yaşını qeyd edir. 1992-ci il yanvarın 10-da fəaliyyətə başlamış Bank bu illərdə geniş inkişaf yolu keçərək Cənubi Qafqazın ən böyük maliyyə qurumlarından birinə çevrilib ...

Fevralda Əmanətlərin Sığortalanması Fondunun balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

09.01.2022 [08:00]
Fevralın 2-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq. Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Xaçmaz rayonu, Dalğalı qəsəbəsində (ümumi sahəsi 0,10 hektar) yerləşən torpaq sahəsidir ...

Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı 1289 olub

08.01.2022 [11:58]
İpoteka və Kredit Zəmanət Fondu dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini açıqlayıb. AZƏRTAC Fonda istinadla xəbər verir ki, zəmanət və subsidiyalar verilmiş kreditin məbləği 262 milyon 633 min manatdır. Kirayəçilərin istifadəsinə 1289 yaşayış sahəsi verilib ...

Yalnız nağdsız qaydada həyata keçirilən ödənişlər hansılardır?

08.01.2022 [11:36]
“Nağdsız hesablaşmalar haqqında” Qanunda edilmiş dəyişikliyə əsasən, 2022-ci il yanvarın 1-dən bəzi ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sözügedən ödənişlərə ixtisaslaşdırılmış qaydada ...

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 36 min 767 ipoteka krediti verilib

08.01.2022 [11:29]
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb. İKZF-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 36 min 767 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka ...

Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

07.01.2022 [18:12]
Yanvarın 11-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən AZƏRTAC-a bildirilib ki, kuponlu, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 40 milyon manat, nominal dəyəri 100 manat ...

Sığorta xidmətləri bizi əhatə edən risklərə kifayət qədər dolğun təminat verə bilir

07.01.2022 [17:41]
Daim yenilənən risk faktorları fonunda sığorta bazarının inkişafı qaçılmazdır. Danılmaz həqiqət ondan ibarətdir ki, zamandan və məkandan asılı olmayaraq hər birimiz müxtəlif miqyaslı risklərlə əhatələnmişik. Dünyəvi təcrübə onu göstərir ki, risklərin idarə edilməsində ən unikal və əhatəli vasitə məhz sığorta mexanizmidir. Bəs bu gün ölkəmizdə tətbiq edilən sığorta xidmətləri ...

Yanvarın 10-na USD/AZN rəsmi məzənnəsi

07.01.2022 [17:21]
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 10-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın yanvarın 10-dan etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub ...

Zərərdə olan vergiödəyicilərinin cari ödənişləri necə hesablanacaq?

07.01.2022 [16:15]
Vergi Məcəlləsinə əsasən, əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergiödəyicilərinin cari vergi ödəmələri müəyyən edilmiş qaydada həyata keçirilir ...

“Royalbank”ın balansındakı müxtəlif növ avadanlıq və əşyalar açıq hərraca çıxarılacaq

07.01.2022 [14:16]
Yanvarın 12-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Royalbank” ASC-nin balansındakı müxtəlif növ avadanlıq və əşyalar açıq hərraca çıxarılacaq. Fonddan AZƏRTAC-a bildirilib ki, daşınar əmlakların ilkin satış qiyməti 10 min manatdır ...

® “AniPay”in qalib istifadəçilərinin 27 faizi ABB-nin müştəriləridir

07.01.2022 [12:39]
Ani Ödəniş Sisteminə marağın artırılması məqsədilə Mərkəzi Bankın noyabrda keçirdiyi lotereyanın qalibləri müəyyənləşib. “AniPay ilə ödə və qazan” lotereyasında ən çox ABB-nin müştəriləri qalib olub. Belə ki, ölkə üzrə 400 qalib müştərinin 108-i məhz ABB-nin müştərisidir ...