Suriya ərazisində daha 11 terrorçu zərərsizləşdirilib

20.08.2022 [13:17]
Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisindəki birlikləri tərəfindən “Fərat qalxanı” aniterror əməliyyatının keçirildiyi bölgədə PKK/YPG terror təşkilatlarına ağır zərbə vurulub. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb ...

Dağıstanda yol qəzası nəticəsində 7 nəfər həlak olub VİDEO

20.08.2022 [13:09]
Avqustun 20-də gecə saatlarında Dağıstanın Noqay rayonunda mikroavtobus yük avtomobili ilə toqquşub. AZƏRTAC xəbər verir ki, yol qəzası nəticəsində 7 nəfər, o cümlədən bir uşaq həlak olub, daha 5 nəfər xəsarət alıb. Yaralanan şəxslərin vəziyyəti ağırdır ...

Bloomberg: Londonun gecə klubları enerji böhranı səbəbindən bağlana bilər

20.08.2022 [12:58]
Energetika böhranının öhdəsindən gəlməyi bacarmayan Londondakı bir çox gecə klubları bağlanmaq təhlükəsi ilə üzləşib. AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, gecə klubları elektrik enerjisi qiymətlərinin sürətlə bahalaşması ilə yanaşı, inflyasiya səbəbindən ...

Norveçdə taxta körpülərdə hərəkət bağlanır

20.08.2022 [12:36]
Norveçdə taxta körpülərdən biri uçandan sonra belə körpülərdə hərəkət dayandırılır. AZƏRTAC xəbər verir ki, Norveçin Ümumi İstifadəli Avtomobil Yolları İdarəsi ölkədəki 14 taxta körpünün bağlanması barədə qərar qəbul edib. Buna səbəb bu həftənin əvvəlində ...

Monteneqro hökuməti buraxılıb

20.08.2022 [12:34]
Monteneqroda Baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət etimadsızlıq səsverməsi nəticəsində buraxılıb. AZƏRTAC xəbər verir ki, Monteneqro parlamentinin 14 saatlıq növbədənkənar iclasında 51 deputat iştirak edib. İclas çərçivəsində keçirilən etimadsızlıq ...

BMT-nin Baş katibi Moldova Prezidenti ilə işçi görüş keçirib

20.08.2022 [11:13]
BMT-nin Baş katibi Antoniu Quterreş avqustun 19-da axşam Moldovaya planlaşdırılmamış səfər edib. AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Baş katib səfər çərçivəsində Moldova Prezidenti Maya Sandu ilə işçi görüş keçirib. Bu barədə məlumat verən dövlət başçısının ...

Türkiyə, İsveç və Finlandiya arasındakı Daimi Birgə Mexanizmin ilk toplantısı keçiriləcək

20.08.2022 [10:51]
Türkiyə, İsveç və Finlandiya arasında təsis edilən üçtərəfli Daimi Birgə Mexanizmin ilk toplantısı avqustun 26-da Finlandiyada keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu barədə Anadolu Agentliyi Türkiyə Prezident Administrasiyasına istinadla məlumat yayıb ...

ABŞ-ın Ukraynaya göstərdiyi hərbi yardımın həcmi 10,5 milyard dolları ötüb

20.08.2022 [10:29]
Ağ ev administrasiyası Prezident Co Baydenin hakimiyyəti dövründə Ukraynaya ümumilikdə 10,6 milyard dollar həcmində silah və hərbi avadanlıq tədarük edib. AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Dövlət katibi Entoni Blinken cümə günü ...

Somalinin paytaxtında otelə hücum nəticəsində 10 nəfər həlak olub

20.08.2022 [09:49]
Somalinin paytaxtı Moqadişoda “Aş-Şabab” terror qruplaşmasının otelə hücumu nəticəsində azı 10 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.AZƏRTAC xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ölkənin təhlükəsizlik xidmətlərinə istinadla məlumat yayıb. Məlumata görə, mehmanxananın yerləşdiyi ...

Filippin Prezidenti ilk xarici səfərini İndoneziyaya edəcək

20.08.2022 [09:03]
Filippin Prezidenti Ferdinand Markos sentyabrda İndoneziyaya səfərə hazırlaşır və bu, vəzifəsinin icrasına başladıqdan sonra onun ilk xarici səfəri olacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Filippin Prezidentinin mətbuat xidmətinin rəhbəri məlumat verib. Mətbuat xidmətinin rəhbəri Prezidentin bu səfərdən sonra Sinqapura gedəcəyini də bildirib ...

Yaponiyanın iki şirkəti “Saxalin-2” neft-qaz layihəsinin yeni operatoru ilə müqavilə imzalayıb

20.08.2022 [08:36]
Yaponiyanın iki şirkəti mayeləşdirilmiş təbii qazın (LNG) alınması üçün Rusiyanın “Saxalin-2” neft-qaz layihəsinin yeni operatoru ilə müqavilə imzalayıb. AZƏRTAC xəbər verir ki, bu barədə “Nikkei” qəzeti avqustun 20-də etibarlı mənbələrə istinadla məlumat yayıb ...

İtaliyada qeyri-adi fırıldaqçılıq: uydurma ölkənin pasportunu satan dəstə yaxalanıb

20.08.2022 [02:36]
İtaliyada mövcud olmayan dövlətin pasportunu sataraq yüzlərlə insanı aldadan dəstə yaxalanıb. AZƏRTAC xəbər verir ki, dəstə üzvləri “San Giorgio Teokratik Antarktika Dövləti” adlı uydurma ölkənin pasportunu 700-dən çox insana sataraq 400 min avro qazanıb ...

Suriya və İraq ərazisində daha doqquz terrorçu zərərsizləşdirilib

20.08.2022 [00:04]
Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya və İraqın şimalında doqquz terrorçu zərərsizləşdirilib. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, terrorçulardan beşi Suriya ərazisində ...

ABŞ Ukraynaya yeni hərbi yardım paketi təqdim etməyə hazırlaşır

19.08.2022 [21:24]
ABŞ administrasiyası Ukraynaya tezliklə 775 milyon dollar həcmində növbəti hərbi yardım paketi ayıracaq. AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu cümə günü Pentaqonun yüksək rütbəli nümayəndəsi jurnalistlərə telefonla keçirdiyi ...

Türkiyə Prezidenti: Növbəti beş ildə hədəfimiz 85 milyon əhalinin hamısını etibarlı çətir altına almaqdır

19.08.2022 [21:20]
İndiyədək Türkiyədə üç milyon yaşayış məntəqəsini yeniləyərək 12 milyon vətəndaşımıza təhvil verdik. Növbəti beş ildə hədəfimiz 85 milyon əhalinin hamısını etibarlı yaşayış şəraiti ilə təmin etməkdir. Bu günədək İstanbulda 300 min yaşayış məntəqəsini yenidən ...

Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub

19.08.2022 [19:00]
Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub. AZƏRTAC Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinə ...

Rusiyada 82,2 min hektar meşə sahəsi yanır

19.08.2022 [18:57]
Rusiyada meşə yanğınlarının ümumi sahəsi bir gün ərzində 75,1 min hektardan 82,2 min hektara qədər artıb. AZƏRTAC xəbər verir ki, bu barədə “Avialesooxrana” Federal Agentliyi məlumat yayıb ...

Danimarka yeni hərbi gəmilər almaq üçün 5,3 milyard avro sərf edəcək

19.08.2022 [18:40]
Danimarka yeni hərbi gəmilər almaq üçün 5,3 milyard avro sərf edəcək. AZƏRTAC xəbər verir ki, Danimarkanın müdafiə naziri Morten Bodskov bunu Korsoyer hərbi dəniz bazasında keçirdiyi mətbuat konfransında elan edib ...

Misirdə yol qəzasında azı 7 nəfər ölüb

19.08.2022 [18:28]
Misirin Minya vilayətində ağır yol qəzası baş verib. AZƏRTAC xəbər verir ki, vilayətin qubernatorunun məlumatında mikroavtobus və yük maşınının toqquşması nəticəsində azı 7 nəfərin həlak olduğu, 22 ...