İtaliyada aviasiya işçiləri tətil edirlər

21.10.2022 [19:42]
İtaliyada aviadispetçerlər və hava limanı işçiləri tətilə başlayıblar. AZƏRTAC xəbər verir ki, ölkədəki 4 böyük həmkarlar ittifaqının çağırışı ilə aviasiya sənayesi üzrə hava limanlarında çalışanların iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil başladılıb ...

Bosniya müharibəsində mülki şəxsləri öldürən serb əsgərlərə ümumilikdə 91 il həbs cəzası verilib

21.10.2022 [19:39]
Bosniya və Herseqovinadakı müharibə zamanı mülki şəxslərə işgəncə verərək öldürən keçmiş Serb Respublikası Ordusunun 7 üzvünün hər biri 13 il həbs cəzasına məhkum olunub ...

Böyük Britaniyada yeni baş nazir “1922” komitəsinin təqvim və metodu əsasında müəyyən olunacaq

21.10.2022 [19:29]
Böyük Britaniyada yeni baş nazir sıravi tori parlamentarilərini birləşdirən və növbəti partiya liderinin seçilməsi prosesinə cavabdeh olan “1922” parlament komitəsinin təqvim və metodu əsasında müəyyən olunacaq ...

Gürcüstanda yeni Müdafiə Məcəlləsi hazırlanır

21.10.2022 [18:08]
Gürcüstanda silahlı qüvvələrin inkişafı və daha da möhkəmlənməsi üçün yeni Müdafiə Məcəlləsi hazırlanır. Layihə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təşəbbüsü ilə hazırlanıb ...

Böyük Britaniyada Baş nazir postundan istefa verən Liz Trassı kimin əvəzləyəcəyi müzakirə olunur

21.10.2022 [17:38]
Böyük Britaniyada Baş nazir postundan istefa verən Liz Trassı kimin əvəzləyəcəyi müzakirə olunur. AZƏRTAC xəbər verir ki, keçmiş Baş nazir Boris Consonun, eks maliyyə naziri Rişi Sunakın ön plana çıxacağına dair ilkin əlamətlər var ...

Gürcüstanda buğda ununun qiyməti arta bilər

21.10.2022 [17:05]
Gürcüstanda buğda ununun qiymətinin artması məsələsi yenidən aktuallaşıb. Unun qiymətinin bahalaşması ehtimalı böyükdür. Bunun qarşısını almaq üçün hökumət təcili tədbirlər görməlidir. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Buğda və Un İstehsalçıları Assosiasiyasının ...

Qazaxıstanda “Turanın səsi” beynəlxalq mahnı müsabiqəsi keçirilib

21.10.2022 [16:48]
Qazaxıstanın Türküstan vilayətində qazax mahnılarının Voice of Turan (Turanın səsi) beynəlxalq müsabiqəsi keçirilib. AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, mahnı müsabiqəsi Qazaxıstan Respublikasının Milli bayramı - Respublika Gününə ...

Gürcüstan buğda idxalını azaldıb, un idxalını isə kəskin artırıb

21.10.2022 [15:56]
Cari ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan xaricdən ümumi dəyəri 38,2 milyon dollar olan 105 012 ton taxıl idxal edib. Bu da 2021-ci illə müqayisədə 43,7 faiz azdır. AZƏRTAC xəbər verir ki, Gürcüstan 2021-ci ildə 283 min ton, 2020-ci ildə isə 368 665 ton buğda alıb ...

Rəcəb Tayyib Ərdoğan: Taxıl müqaviləsinin uzadılması üçün heç bir maneə yoxdur

21.10.2022 [15:33]
Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixracına dair sazişin müddətinin uzadılması üçün heç bir maneə yoxdur. AZƏRTAC “Daily Sabah” qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanının açılış mərasimində iştirak etdiyi Azərbaycandan qayıdarkən jurnalistlərə deyib ...

Türkiyə Prezidenti: “Taxıl dəhlizi” vasitəsilə bu günədək səkkiz milyon ton məhsul daşınıb

21.10.2022 [15:27]
Qara dəniz taxıl dəhlizi təşəbbüsü çərçivəsində bu günədək 363 gəmi vasitəsilə səkkiz milyon ton taxıl və digər ərzaq məhsulları dünya bazarlarına çıxarılıb. AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə səfərdən geri dönərkən mediaya açıqlamasında bildirib ...

Kreml Türkiyədə qaz qovşağının yaradılmasının Moskva və Ankaranın maraqlarına uyğun olduğunu bildirib

21.10.2022 [14:39]
Türkiyədə qaz qovşağının yaradılması rəsmi Moskva və Ankaranın maraqlarına uyğundur. AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Onun sözlərinə görə, energetika qovşağının yaradılması ideyası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ...

Britaniyada dövlət borclanması sentyabrda 23 milyard dollara çatıb

21.10.2022 [14:16]
Böyük Britaniya hökumətinin dövlət borcu rekord inflyasiya səbəbindən sentyabr ayında 20 milyard funt-sterlinqə (təxminən 23 milyard dollar) çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Milli Statistika Xidmətinin ...

Cənubi Koreyada 2050-ci ilədək pilotsuz gəmilər komandanlığı yaratmaq planlaşdırılır

21.10.2022 [13:41]
Koreya Respublikasının Hərbi Dəniz Qüvvələri 2040-cı illərin sonunadək pilotsuz təyyarələr, gəmilər və sualtı qayıqlara malik komandanlıq yaratmaq planlarını nəzərdən keçirir. AZƏRTAC xəbər verir ki, Yonhap informasiya agentliyi bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin parlamentdə ...

Co Bayden Britaniyanın Baş naziri Liz Trassın istefasını şərh edib

21.10.2022 [12:26]
ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Liz Trassın istefasını şərh edərkən, onu Rusiya işğalı ilə mübarizədə Ukraynaya yardım edən əla tərəfdaş adlandırıb. AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, Co Bayden bu barədə jurnalistin müvafiq sualına cavabında bildirib ...

Tviter və İlon Mask arasında sövdələşmə oktyabrın sonunadək yekunlaşa bilər

21.10.2022 [12:12]
“Twitter” kompaniyasının məsləhətçiləri və İlon Maskın komandası sosial şəbəkənin 44 milyard dollara satın alınmasına dair müqavilənin bağlamasını bu ayın sonuna qədər başa çatdırmağa çalışırlar. AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, hər iki tərəfin nümayəndələri ...

Kolumbiya polisi dörd ton kokain müsadirə edib

21.10.2022 [11:54]
Kolumbiya polisi Kartagena liman şəhərində dörd ton kokain müsadirə edib və bununla bağlı 30 nəfəri saxlayıb. AZƏRTAC Kolumbiya mediasına istinadla xəbər verir ki, bu barədə ölkə Prezidenti Qustavo Petro bildirib ...

Rusiyada ölkəyə gələnlər üçün koronavirus testi ləğv edilir

21.10.2022 [04:42]
Rusiyada xaricdən gələnlər üçün koronavirus testi ləğv olunur. AZƏRTAC xəbər verir ki, Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin (Rospotrebnadzor) göstərişi ilə ...

İspaniyada evsizlərin sayı artıb

21.10.2022 [01:35]
İspaniyada evsizlərin sayı on il ərzində 24,5 faiz artıb. AZƏRTAC İspaniya Milli Statistika İnstitutuna (INE) istinadla xəbər verir ki, evsizlərin əksəriyyəti kişilərdir (76,7 faiz). Bununla belə, qeyd etmək lazımdır ki, bu vəziyyətdə olan qadınların xüsusi çəkisi 2012-ci ildəki 19,7 faizlə müqayisədə 23,3 faizə yüksəlib. Evsizlərin ...

Milanko Kayqaniç Bosniya və Herseqovinanın baş prokuroru olub

20.10.2022 [21:13]
Bosniya və Herseqovinanın Hakimlər və Prokurorlar Ali Şurasının oktyabrın 20-də keçirdiyi seçkilərdə Milanko Kayqaniç ölkənin yeni baş prokuroru seçilib. AZƏRTAC xəbər verir ki, işlədiyi müddətdə əsasən mülki vətəndaşlara qarşı törədilən müharibə cinayətlərinə diqqətini ...