ABŞ-da xəstəxanada atışma olub

23.10.2022 [07:48]
ABŞ-ın Texas ştatının Dallas xəstəxanasında baş verən atışmada iki tibb bacısı həlak olub. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs yaralı vəziyyətdə saxlanılıb. Cinayətkarın şəxsiyyəti və öldürülənlərin kimliyi açıqlanmır ...

Gürcüstanın qərbində yağan güclü qar ciddi problemlər yaradıb

22.10.2022 [18:46]
Gürcüstanın qərb bölgəsində yağan güclü qar ciddi problemlərə səbəb olub. Qar uçqunu, sürüşmə və yolların buz bağlaması səbəbindən bəzi magistral yollarda avtomobillərin hərəkəti dayandırılıb. AZƏRTAC xəbər verir ki, Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti ...

Yaponiya və Avstraliya liderləri təhlükəsizlik sahəsində əməkdaşlıq barədə birgə bəyannamə imzalayıblar

22.10.2022 [18:34]
Yaponiyanın Baş naziri Fumio Kişida avstraliyalı həmkarı Entoni Albanaze ilə növbəti onillik ərzində təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı yeni birgə bəyannamə dərc ediblər. AZƏRTAC xəbər verir ki, iki ölkənin liderləri birgə bəyannaməni oktyabrın ...

Hindistanda yol qəzası baş verib, azı 15 nəfər ölüb

22.10.2022 [18:03]
Hindistanın mərkəzi Madhya-Pradeş ştatında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb. AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, sərnişinlərin əksəriyyəti fəhlələr olub ...

Niderland Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olmasını əngəlləyir

22.10.2022 [16:58]
Niderland parlamenti ölkənin Rumıniya və Bolqarıstanın Şengen zonasına qoşulmasına qarşı çıxmalı olduğu barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, Niderlandın Avropa Parlamentinin deputatı Sofi İnt Veld bu qərardan təəssüfləndiyini bildirib və qeyd edib ki ...

Nigeriyada 1,5 milyondan çox uşağın həyatı təhlükədədir

22.10.2022 [16:41]
Nigeriyada son onillikdə ən güclü dağıdıcı daşqınlar baş verməsi səbəbindən 1,5 milyondan çox uşağın həyatı təhlükədədir. AZƏRTAC xəbər verir ki, bu barədə UNICEF xəbərdarlıq edib. UNICEF-in bəyanatında bildirilir ki, Nigeriyada 2,5 milyondan çox uşağın humanitar ...

Avrozonada dövlət borcunun ümumi daxili məhsula nisbəti 94,2 faiz olub

22.10.2022 [15:27]
Avrozonada bu ilin ikinci rübündə dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 94,2 faiz təşkil edib. AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, Avrozonada bu ilin birinci rübündə 95,2 faiz olan ...

Sabah Monteneqroda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək

22.10.2022 [14:52]
Oktyabrın 23-də Qərbi Balkan regionunun ən kiçik ölkəsi olan Monteneqroda yerli özünüidarəetmə orqanlarının rəhbərlərinin müəyyən olunacağı seçkilər keçiriləcək. AZƏRTAC xəbər verir ki, ölkədə 345 min seçici səsvermə hüququna malikdir ...

Giorgia Meloni İtaliyanın ilk qadın Baş naziri olub VİDEO

22.10.2022 [13:58]
İtaliyada sağçı koalisiyanın namizədi Giorgia Meloni ölkənin ilk qadın Baş naziri olub. AZƏRTAC xəbər verir ki, oktyabrın 22-də Kuirinale Sarayında İtaliya Prezidenti Sercio Mattarellanın yeni hökuməti qurmağı tapşırdığı Giorgia Meloninin və yeni hökumətin 24 üzvünün andiçmə mərasimi keçirilib ...

Sloveniyada prezident seçkilərindən öncə “sükut günü”dür

22.10.2022 [13:55]
Sabah Sloveniyada növbəti prezident seçkiləri keçiriləcək. AZƏRTAC xəbər verir ki, qanunvericiliyə əsasən, seçkilərdən öncəki gün “sükut günü”dür və namizədlər seçki kampaniyasını dayandırmalıdırlar ...

Boris Conson baş nazir postu uğrunda yenidən mübarizə aparmağa hazırdır

22.10.2022 [12:20]
Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson Mühafizəkarlar partiyasının və müvafiq olaraq növbəti hökumətin rəhbəri postu uğrunda keçiriləcək seçkilərində iştirak etməyə hazırdır. AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, mühafizəkar deputat ...

ABŞ-da təyyarə çoxmənzilli binaya çırpılıb VİDEO

22.10.2022 [12:14]
Nyu-Hempşir ştatının Kin şəhərində təyyarə yaşayış binasına çırpılıb. Hadisə nəticəsində laynerdəki insanların hamısı həlak olub. AZƏRTAC xəbər verir ki, bu barədə şəhərin hakimiyyət orqanları “Facebook” sosial şəbəkəsində məlumat yayıb ...

Çin Kommunist Partiyasının 20-ci qurultayı başa çatıb VİDEO

22.10.2022 [11:04]
Çin Kommunist Partiyasının (ÇKP) növbəti qurultayı başa çatıb. AZƏRTAC xəbər verir ki, oktyabrın 22-də qurultayın bağlanış iclası keçirilib. ÇKP-nin Mərkəzi Komitəsinin baş katibi, Çin Xalq Respublikasının Sədri Si Cinpinin sədrlik etdiyi iclasda Mərkəzi Komitənin ...

Qərbi Balkan ölkələri şəxsiyyət vəsiqəsi ilə səyahətlə bağlı razılığa gəliblər

22.10.2022 [11:00]
Qərbi Balkan ölkələrindən Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Albaniya, Şimali Makedoniya və Kosovo arasında şəxsiyyət vəsiqəsi ilə səyahət haqqında razılıq əldə olunub. AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Qərbi Balkan ölkələri ...

Səudiyyə Ərəbistanı Çinin və Yaponiyanın etibarlı neft tədarükçüsü olacaq

22.10.2022 [10:47]
Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman çinli və yaponiyalı həmkarları ilə qlobal enerji bazarlarında sabitliyin təmin edilməsi və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. AZƏRTAC rəsmi Saudi Press agentliyinə istinadla xəbər verir ki, səudiyyəli nazirin Çinin milli enerji naziri ...

İƏT Baş katibi Moskvaya səfər edəcək

22.10.2022 [07:19]
Oktyabrın 23-26-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha Moskvaya səfər edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb ...

Türkiyə Prezidenti İstanbulda müalicələri davam edən Binəli Yıldırıma, Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə xəstəxanada baş çəkib

22.10.2022 [01:07]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda müalicələri davam edən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyə Prezidentinin rəsmi tviter hesabında paylaşım edilib ...

İtaliya Prezidenti yeni hökuməti qurmağı Giorgia Meloniyə tapşırıb

21.10.2022 [20:57]
İtaliya Prezidenti Sercio Mattarella yeni hökuməti formalaşdırmağı sağçı koalisiyanın namizədi Giorgia Meloniyə tapşırıb. AZƏRTAC xəbər verir ki, İtaliyada hökumətin qurulması ilə bağlı siyasi məsləhətləşmələr yekunlaşıb. S.Mattarella Kuirinale Sarayında sentyabrın 25-də keçirilən seçkilərdə ...

Yaponiya, ABŞ və Cənubi Koreya hərbiçiləri Şimali Koreya tərəfindən təhlükə ilə bağlı məsələləri müzakirə ediblər

21.10.2022 [20:27]
Yaponiya özünümüdafiə qüvvələrinin rəhbərliyi ABŞ və Cənubi Koreyanın silahlı qüvvələrinin rəhbərləri ilə Şimali Koreya tərəfindən artmaqda olan təhlükə məsələlərini müzakirə edib. AZƏRTAC Yaponiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, özünümüdafiə qüvvələrinin qərargah rəisi general Yamazaki Koci ...