Dmitri Lubinets: Ukraynada Rusiya ordusunun tərəfində döyüşən 51 ölkənin vətəndaşı əsir götürülüb
Kiyev, 5 avqust, AZƏRTAC
Ukraynada Rusiya ordusunun tərəfində döyüşən 51 ölkənin vətəndaşı əsir götürülüb. Bu fakt əcnəbilərin müharibədə iştirakının miqyasını göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Ali Radanın insan hüquqları üzrə komissarı, ombudsman Dmitri Lubinets “Telegram” səhifəsində məlumat verib.
Lubinetsin Ukraynanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin illik görüşündə vurğuladığı mövzulardan biri də əcnəbilərin Rusiya tərəfində müharibədə iştirakı olub.
“Əlli bir ölkədən olan əcnəbilər Ukraynada rus ordusunda döyüşərkən əsir götürülüblər. Məhz buna görə Rusiya tərəfində müharibədə iştirakın real hüquqi nəticələri barədə dünya ilə dürüst və açıq danışmaq vacibdir”, - deyə o vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]