Türkiyə ABŞ-ın Kiprə silah embarqosunu ləğv etməsini cavabsız qoymayacaq

30.09.2022 [13:56]
Ankara Vaşinqtonun Kiprə silah tədarükü embarqosunu ləğv etməsinə konkret cavab verəcək. AZƏRTAC, “Milliyet” qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “Biz ABŞ-ın bu qərarına konkret addımlarla cavab verəcəyik”, - Mövlud Çavuşoğlu belə deyib ...

Moskvanın və bütün Rusiyanın patriarxı Kirill koronavirusa yoluxub

30.09.2022 [13:38]
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill koronavirusa yoluxub. AZƏRTAC xəbər verir ki, bu barədə patriarxın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin yaxın günlərə nəzərdə tutulmuş görüş ...

Suriyada 19 İŞİD üzvü saxlanılıb

30.09.2022 [13:37]
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən Suriyanın şimalında İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda biri ölü olmaqla 19 terrorçu saxlanılıb. AZƏRTAC xəbər verir ki, İŞİD üzvlərinin Suriyadakı Türkiyə qurumlarına, xüsusilə də Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinə qarşı ...

Avropada qazın qiyməti yenidən artmağa başlayıb

30.09.2022 [13:13]
Avropa İttifaqının yeni sanksiyaları səbəbindən “Türkiyə axını” qaz kəmərinin operatoru - “South Stream Transport B.V.” kompaniyasının ixrac lisenziyasının ləğvi barədə xəbərlər fonunda Avropada qazın qiyməti yenidən artmağa başlayıb ...

Sentyabr ayında Estoniyada illik inflyasiya 24 faizi ötüb

30.09.2022 [12:57]
Sentyabr ayının yekunu üzrə Estoniyada inflyasiya illik ifadədə 24 faizi ötüb. AZƏRTAC Estoniyanın ERR milli teleradio kompaniyasına istinadla xəbər verir ki, Statistika Departamentinin ilkin məlumatına əsasən, sentyabrda respublikada inflyasiya tempi ...

Danimarka Kraliçası dörd nəvəsini Kral ailəsinin titullarından məhrum edib

30.09.2022 [12:56]
Danimarka Kraliçası dörd nəvəsini Kral ailəsinin titullarından məhrum edib. AZƏRTAC xəbər verir ki, Kraliça II Marqretenin iki oğlu var – vəliəhd şahzadə Frederik və onun qardaşı, şahzadə İoahim ...

Avropa anbarlarında qaz ehtiyatı 95 milyard kubmetri ötüb

30.09.2022 [12:30]
Avropanın maksimum tutumu təxminən 108 milyard kubmetr olan yeraltı qaz anbarlarda mavi yanacaq ehtiyatları 95 milyard kubmetri ötüb. AZƏRTAC xəbər verir ki, barədə “Gas Infrastructure Europe” assosiasiyasının məlumatında deyilir ...

Kabildə təhsil mərkəzinə hücum nəticəsində azı 32 nəfər ölüb

30.09.2022 [11:43]
Əfqanıstanın paytaxtı Kabildə təlim mərkəzində partlayış törədilib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Kabilin qərbində yerləşən təhsil mərkəzində törədilən partlayış nəticəsində azı 32 nəfər ölüb, 40 nəfər yaralanıb ...

The Wall Street Journal: “Şimal axını” boru kəmərlərində iki güclü partlayış olub

30.09.2022 [11:33]
Danimarkalı məmurların qənaətinə görə, “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində min kiloqramdan çox trotil ekvivalentində iki partlayış baş verib. AZƏRTAC xəbər verir ki, “The Wall Street Journal” nəşri bu barədə məlumatlı mənbələrə istinadla məlumat yayıb ...

Zaporojyedə mülki avtomobil karvanına raket zərbəsi endirilib, azı 23 nəfər ölüb

30.09.2022 [11:14]
Zaporojyedən çıxışda növbə tutan mülki avtomobil karvanına raket zərbəsi endirilib, nəticədə azı 23 nəfər ölüb, 28 nəfər yaralanıb. AZƏRTAC xəbər verir ki, bu barədə Zaporojye Vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Staruxa bildirib ...

Floridada “İan” qasırğası səbəbindən köməksiz vəziyyətdə qalan 500-dən çox insan xilas edilib

30.09.2022 [10:58]
ABŞ-ın Florida ştatında böyük dağıntılara səbəb olan “İan” qasırğası səbəbindən köməksiz vəziyyətdə qalan 500-dən çox insan xilas edilib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dalğalar yüzlərlə qayığı magistral yollara atıb, bataqlıqlardakı timsahların da ...

Kraliça II Elizabetin məzarı ictimaiyyətə açılıb VİDEO

30.09.2022 [10:33]
Kraliça II Elizabetin məzarı ictimaiyyətə açılıb. AZƏRTAC xəbər verir ki, bundan sonra ziyarətçilər Kraliçanın Vindzor qəsrindəki Müqəddəs Georgi Kapellasında yerləşən məzarını görə biləcəklər.Kraliça sentyabrın 19-da həyat yoldaşı Şahzadə Filip ...

İtaliyada koronavirus qurbanlarının sayı 177 mini ötüb

30.09.2022 [07:41]
İtaliyada son sutka ərzində koronavirus qurbanlarının sayı 48 nəfər artaraq 177 min 24-ə yüksəlib. AZƏRTAC xəbər verir ki, İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, ötən 24 saatda ölkədə 36 min 632 nəfər COVID-19 infeksiyasına yoluxub. İtaliyada koronavirusa yoluxanların sayı ümumilikdə 22 milyon 395 min 282-yə çatıb ...

“Şimal axını-1” və “Şimal axını-2” kəmərlərinin zədələnməsi nəticəsində boruda olan qazın yarısından çoxu atmosferə sızıb

30.09.2022 [05:32]
Danimarkada aparılan hesablamalara görə, “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin zədələnməsi nəticəsində, boruda olan qazın yarısından çoxu atmosferə sızıb. AZƏRTAC xəbər verir ki, Danimarka rəsmiləri qazın yarıdan çoxunun atmosferə daxil olduğunu təsdiqləyiblər ...

Bosniya və Herseqovinanın əhalisi 2013-cü ildən bəri 1 milyon nəfər azalıb

30.09.2022 [04:32]
Bosniya və Herseqovinanın əhalisi 2013-cü ildən bəri 1 milyon nəfər azalıb. AZƏRTAC xəbər verir ki, ölkədə 2013-cü ildə keçirilən son siyahıyaalmanın nəticələrinə əsasən, əhalinin sayı 3 milyon 531 min nəfər olub. Mütəxəssislər 1996-cı ildən bəri Bosniya və Herseqovinada doğulan və ölənlərin sayına ...

ABŞ Senatı Ukraynaya 12,4 milyard dollarlıq yardım paketini təsdiqləyib

30.09.2022 [02:00]
ABŞ Senatı Ukraynaya 12,4 milyard dollarlıq yardım paketinin verilməsinə səs verib. AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, vəsaitin 7,8 milyard dolları müdafiə ehtiyaclarına, 4,6 milyard dollar isə Ukraynaya birbaşa büdcə dəstəyinə ayrılacaq ...

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

29.09.2022 [21:50]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, danışıq əsnasında Prezident Ərdoğan uzun müddətdir üzərində ...

Hulusi Akar: İraqın şimalında terrorçulara məxsus 16 mağara məhv edilib

29.09.2022 [17:34]
İraqın şimalında 140 kilometr daxildəki bölgədə həyata keçirilən əməliyyat nəticəsində terrorçulara məxsus 16 mağara vurulub. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ...

Böyük Britaniya işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün viza sistemində dəyişiklik edəcək

29.09.2022 [16:57]
Böyük Britaniya işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün viza sistemində dəyişiklik edəcək. AZƏRTAC xəbər verir ki, yeni Baş nazir Liz Trass ölkədəki bəzi əsas sektorlarda kəskin işçi çatışmazlığını aradan qaldırmaq üçün viza sistemində dəyişiklik edəcəyini bildirib. Trassın təşəbbüsü iş adamları tərəfindən müsbət qarşılanıb ...