Misir Süveyş kanalından rekord məbləğdə gəlir əldə edib

08.10.2022 [16:08]
Misirin Süveyş kanalından gəlirləri bu ilin üçüncü rübündə ötən illə müqayisədə 23,5 faiz artaraq 2,1 milyard dollara çatıb. Bu, indiyədək qeydə alınan ən yüksək rəqəmdir. AZƏRTAC xəbər verir ki, Misir Nazirlər Kabinetinin İnformasiya Mərkəzinin məlumatına görə, bu artım avqustda ...

İrlandiyada baş verən partlayış nəticəsində azı yeddi nəfər ölüb VİDEO

08.10.2022 [15:28]
İrlandiyanın Doneqal qraflığında yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış nəticəsində azı 7 nəfər ölüb. AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, partlayış nəticəsində yaşayış binasının bir hissəsi dağılıb. Hadisədə yaralanan 8 nəfər xəstəxanaya çatdırılıb ...

KXDR: Raket sınaqları ABŞ təhdidlərinə qarşı özünümüdafiə xarakteri daşıyır

08.10.2022 [13:14]
Koreya Xalq Demokratik Respublikası (KXDR) son ballistik raket sınaqlarının ABŞ-ın təhdidlərinə qarşı özünümüdafiə xarakteri daşıdığını bəyan edib. AZƏRTAC “Yonhap” agentliyinə istinadla xəbər verir ki, bu barədə KXDR-in Milli Aviasiya Administrasiyası açıqlama yayıb ...

İranın Danimarkadakı səfirliyinə hücum olub

08.10.2022 [12:48]
Qiyamçıların İranın Danimarkadakı səfirliyinə soyuq silahla hücumu Qərbin siyasi dəstəyinin nəticəsidir. AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Kopenhagendə İran səfirliyinin əməkdaşlarına edilən hücuma münasibət bildirərkən deyib ...

Beynəlxalq Valyuta Fondu Ukraynaya 1,3 milyard dollar ayırıb

08.10.2022 [12:43]
Beynəlxalq Valyuta Fondu (BVF) cümə günü sürətləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində Ukraynaya 1,3 milyard dollar vəsaitin ayrılmasını təsdiqləyib. AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun bəyanatına əsasən ...

Çinin valyuta ehtiyatı yüənin zəifləməsi fonunda azalıb

08.10.2022 [12:39]
Çinin xarici valyuta ehtiyatları sentyabrda 25,9 milyard ABŞ dolları azalaraq, 3,029 trilyon dollara düşüb. AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Xarici Valyuta Administrasiyası məlumat yayıb. Qurum ölkədən valyuta axınının sabit olduğunu, yerli bazarda xarici valyutaya tələb və təklif arasında ...

Mərkəzi Afrika Respublikasında ilin sonunadək Fransa hərbçiləri qalmayacaq

08.10.2022 [12:37]
Fransa Silahlı Qüvvələrinin Mərkəzi Afrika Respublikasında yerləşən 130 hərbçidən ibarət sonuncu kontingenti ilin sonuna qədər ölkədən çıxarılacaq. AZƏRTAC France-Presse informasiya agentliyinə istinadla xəbər verir ki, yaxın həftələrdə Fransa qoşunlarının Mərkəzi Afrika Respublikasından tam ...

Krım körpüsündə yük avtomobili partladılıb VİDEO

08.10.2022 [12:02]
Krım körpüsündə yük maşınının partladılması nəticəsində yanacaq daşıyan qatarın yeddi çənində yanğın baş verib. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə bu gün Kiyev vaxtı ilə səhər saat 06:07-də RusiyanınTamansk yarımadasını ...

Yaponiya hökuməti KXDR-in təxribatlar törədəcəyini güman edir

08.10.2022 [09:06]
Yaponiya hökuməti Koreya Əmək Partiyasının (KƏP) oktyabrın 10-da qeyd ediləcək 77-ci ildönümü ilə əlaqədar Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən raket buraxılışı və nüvə sınağı kimi təxribatlar törədiləcəyini güman edir ...

İtaliyada baş verən avtomobil qəzasında 6 nəfər ölüb

08.10.2022 [08:31]
İtaliyanın şimal-şərqindəki A4 magistralında baş verən avtomobil qəzasında 6 nəfər ölüb. AZƏRTAC xəbər verir ki, ölkənin şimalındakı Venesiya və Trieste şəhərlərini birləşdirən magistral yolun San Dona di Piave hissəsində mikroavtobus ilə yük maşını toqquşub ...

İtaliyada qış fəslində enerjiyə qənaət üçün tədbirlər planı qəbul olunub

08.10.2022 [07:07]
İtaliyada hökumət qış fəslində enerjiyə qənaət etmək məqsədilə təbii qazdan əldə olunan istilik istehlakını tənzimləyən qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, İtaliyanın ekoloji transformasiya naziri Roberto Cinqolani 2022-2023-cü illərin qışında enerjiyə qənaət üçün təbii qazdan əldə olunan istiliyə ...

Avstriya Avropa Ədalət Məhkəməsinə şikayət edib

08.10.2022 [03:20]
Avstriya hökuməti nüvə enerjisi və təbii qazın “yaşıl” investisiya kimi dəyərləndirilməsinə qarşı Avropa Ədalət Məhkəməsinə şikayət edib. AZƏRTAC xəbər verir ki, oktyabrın 10-da qətnamədən şikayət etmək üçün son gün olduğunu nəzərə alaraq, Avstriya hökuməti təkbaşına bu işi görüb ...

Rusiya “Böyük iyirmilik” ölkələrinin Sammitində iştirak edəcək

07.10.2022 [22:07]
Rusiya “Böyük iyirmilik” ölkələrinin İndoneziyada keçiriləcək Sammitində iştirak edəcək. AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. O deyib ki, Rusiyanın Sammitdə ...

Rəcəb Tayyib Ərdoğan Bakir İzetbeqoviçlə Bosniya və Herseqovinadakı seçkiləri müzakirə edib

07.10.2022 [20:52]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinanın Demokratik Hərəkət Partiyasının sədri Bakir İzzetbeqoviçlə bu ölkədə keçirilən seçkilərin nəticələrini müzakirə edib. AZƏRTAC xəbər verir ki, B.İzzetbeqoviç telefon danışığı zamanı Türkiyə Prezidentinə ...

On beş günə yığılan orijinal ev VİDEO

07.10.2022 [19:41]
Qeyri-adi, 75 kvadratmetrlik FabLab evi İspaniyanın Memarlıq İnstitutu tərəfindən yaradılıb. AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, 15 gün ərzində yığıla bilən evin hazırlanmasında əsas etibarı ilə faner və ağac materialdan istifadə edilib ...

Həştərxan yaxınlığında Xəzərdə iki gəmi toqquşub

07.10.2022 [19:24]
Rusiyanın Həştərxan vilayəti yaxınlığında Xəzər dənizində iki gəmi toqquşub. AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya FHN Həştərxan vilayəti üzrə Baş İdarəsi məlumat yayıb. ...

Rusiyada qismən səfərbərlikdən yayınma ilə bağlı açılan ilk cinayət işinə xitam verilib

07.10.2022 [18:26]
Rusiyada qismən səfərbərlikdən yayınma ilə bağlı açılan ilk cinayət işinə xitam verilib. AZƏRTAC xəbər verir ki, Penza vilayətinin Prokurorluğu qismən səfərbərlikdən imtina etmiş şəxs barəsində açılmış cinayət işinə xitam ...

Filippin, ABŞ, Yaponiya və Cənubi Koreya birgə təlimlər keçirirlər

07.10.2022 [17:04]
Filippin və ABŞ-ın dəniz piyadaları Yaponiya özünümüdafiə quru qoşunlarının və Cənubi Koreya hərbçilərinin iştirakı ilə Filippində birgə təlimlər keçirirlər. AZƏRTAC xəbər verir ki, 2016-cı ildən başlayaraq hər il təşkil edilən təlimlərdə ilk dəfə dörd ölkənin hərbçiləri iştirak edirlər ...

Avropada mənzillərin qiyməti bahalaşıb

07.10.2022 [15:32]
Avropa İttifaqına (Aİ) üzv ölkələrdə mənzillərin qiymətində artım müşahidə olunur. AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb. Bildirilib ki, cari ilin ikinci rübündə Aİ-də mənzillərin qiyməti əvvəlki rüblə müqayisədə 2,3 faiz, keçən ilin müvafiq dövrünə nisbətən ...