“Gələcəyin oyunları – 2026”: Astanada beynəlxalq turnirin açılış mərasimi keçirilir
Astana, 29 iyul, AZƏRTAC
Qazaxıstan paytaxtında kiberidman, ənənəvi idman növləri və müasir texnologiyaların birləşdiyi beynəlxalq turnir olan “Gələcəyin oyunları – 2026”nın açılış mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, turnirdə 50-dən çox millətə mənsub olan 800-dən artıq idmançı iştirak edəcək. Onlar səkkiz rəsmi idman növündə yarışacaqlar.
Açılış mərasiminin proqramına süni intellekt qrafikası, genişmiqyaslı LED qurğuları, lazer və işıqlandırma effektləri, robot elementləri və səhnə quruluşu daxildir.
Ficital-idman növlərində yarışacaq iştirakçılar əvvəlcə rəqəmsal mühitdə mübarizə aparacaq, sonra isə turnir real idman meydançalarında davam etdiriləcək.
Turnir avqustun 9-dək davam edəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana