Almatı Şəhər Günü tədbirlərində 1 milyondan çox sakin və qonaq iştirak edib
Astana, 21 sentyabr, AZƏRTAC
Almatıda Şəhər Gününə həsr olunan tədbirlərdə 1 milyondan çox sakin və qonaq iştirak edib.
AZƏRTAC Almatı şəhər akimliyinə istinadla xəbər verir ki, bayram proqramı sentyabrın 19-da və 20-də şəhərin əsas məkanlarında və bütün səkkiz rayonunda keçirilib.
İki gün ərzində konsertlər, festivallar, sərgilər, idman və yaradıcılıq tədbirləri təşkil olunub.
Abay meydanında təntənəli konsert və “Almatı şəhərinin fəxri vətəndaşı” adının təqdimetmə mərasimi keçirilib. Qonaqlar üçün müxtəlif tematik zonalar, o cümlədən AI & ROBOT ZONE və peşəkar rəssamların “Ajarlı Almatı” sərgisi fəaliyyət göstərib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana