Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
Bakı, 21 sentyabr, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 3 idmançısı mərhələ adlayıb.
Sübhan Mamedov (50 kiloqram) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə dünya çempionumuzun xeyrinə başa çatıb. O, növbəti cəhdində İstvan Szaka (Macarıstan) ilə qarşılaşacaq.
Malik Həsənov (65 kiloqram) da adını 1/4 finala yazdırıb. Avropa çempionatının mükafatçısı ikinci döyüşündə Rumen Rumenovu (Bolqarıstan) mübarizədən kənarlaşdırıb. Boksçumuz ilk raundda tam üstünlüklə qələbə qazanıb. Həsənov üçüncü görüşündə Elvin Əliyevlə (Ukrayna) gücünü yoxlayacaq.
Məhəmməd Abdullayev (+90 kiloqram) də yarışa uğurla başlayıb. Dünya kubokunun sahibi 1/8 finalda Nikolay Burdiujaya (Moldova) qalib gəlib. Abdullayev rəqibini üçüncü raundda tam üstünlüklə məğlub edib. O, 1/4 finalda Omar Şiha (Norveç) ilə qüvvəsini sınayacaq.
Hər 3 görüş sentyabrın 22-də keçiriləcək.
Qeyd edək ki, sentyabrın 25-də yekun vurulacaq yarışda daha öncə 2 boksçumuz adını 1/4 finala yazdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [11:58]
Formula 1 Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot
- 21.09.2026 [11:43]
Azərbaycanlı cüdo hakimi Bakıdakı dünya çempionatında ədaləti qoruyacaq
- 21.09.2026 [11:40]
"Qarabağ” qadın liqalarında iki yaş kateqoriyası üzrə təmsil olunacaq
- 21.09.2026 [11:38]
Qadınlar Super Liqasında yeni mövsümün reqlamenti açıqlanıb
- 21.09.2026 [10:55]
Qadınlar Super Liqasında yeni mövsümün püşkü atılıb
- 21.09.2026 [10:28]
“Sumqayıt” iki amerikalı basketbolçu transfer edib
- 21.09.2026 [10:18]
Azərbaycanın şahmat yığmaları Olimpiadada növbəti görüşlərinə çıxırlar
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
- 20.09.2026 [20:56]
Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib
- 20.09.2026 [20:55]
Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub
- 20.09.2026 [20:54]
Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH
- 20.09.2026 [20:35]
Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib
- 20.09.2026 [20:21]
Bu saata olan əsas xəbərlər
- 20.09.2026 [20:00]